"AzerGold” sədri: Söyüdlü və Ortakənd yataqları üzrə 1,28 mln. unsiya qızıl hasil ediləcək
Zakir İbrahimov: Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat töhfə verib
Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
13 Fevral 2020 12:17
2 051
Müxtəlif mənbələrdən alınan son məlumatlara görə İdlib bölgəsində dünən 55 rejim ünsürü zərərləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin 11 fevral tarixində yayılan açıqlamasında isə “Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hücumu nəticəsində 5 əsgərimizin şəhid olmasından sonra 115 rejim hədəfinə atəş edilərək 101 rejim ünsürü zərərsizləşdirilib” - deyə bildirilmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının dünən keçirilən qrup toplantısında çıxışı zamanı deyib: “Bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə, İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejim güclərini hər yerdə vuracağımızı buradan bəyan edirəm”.
Rəcəb Tayyib Ərdoğan, həmçinin rejim və onlarla birlikdə hərəkət edən Rusiya qüvvələri ilə İranın dəstəklədiyi yaraqlıların davamlı olaraq mülki əhaliyə hücum etdiyini və bu qüvvələrin İdlibdə qətliam törədib qan tökdüyünü xüsusilə vurğulayıb.