Avropalı yüksək vəzifəli rəsmilər Paşinyanla görüşdən imtina ediblər Siyasət

Avropalı yüksək vəzifəli rəsmilər Paşinyanla görüşdən imtina ediblər

Martın 9-da Ermənistan Baş naziri Nikol Paşinyan bir günlük, Brüsselə gündəmi açıq şəkildə zəif olan işgüzar səfər edib.
Paşinyan Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Ruben Rubinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın müşayiəti ilə Brüsselə getməsinə baxmayaraq, bu cür səfərlər zamanı planlaşdırılan görüşlərin ənənəvi dairəsi olduqca zəif olub.
Məlum olduğu kimi, Paşinyan bu səfər zamanı Avropa Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının sədr müavini, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozef Borel, eləcə də Avropa Xalq Partiyasının sədri Donald Tusk ilə görüşlər keçirib.
Maraqlıdır ki, Paşinyanın bir günlük səfəri zamanı Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüş planlaşdırılmışdı və həmin vaxt avropalı yüksək vəzifəli rəsmi o saatlarda Brüsseldə idi, lakin həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş baş tutub.
Məlumata görə, Avropa Komissiyasının sədri ciddi şəkildə ağırlaşmış iş qrafikini əsas gətirərək Paşinyanla görüş təklifini sadəcə qəbul etməyib.
Daha bir maraqlı məqam budur ki, Paşinyanın səfəri Avropa Parlamentinin sədri David Maria Sassoli ilə görüşü də əhatə etməyib. Bu, səfərin Ermənistan-Aİ münasibətlərinin icra və qanunverici istiqamətlərdə faydasız olduğunu iddia etməyə imkan verir.
Məlumata görə, Paşinyanla görüş təklifini qəbul etməyən David Maria Sassoli də martın 9-da Brüsseldə olub.