Prezident İlham Əliyev: Bizim xarici borcumuz çox aşağı səviyyədədir
Prezident xarici və yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıb
Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
Azərbaycan tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır
AMB “AtaSığorta”ya təyin etdiyi müvəqqəti inzibatçının adını açıqlayıb
24 Aprel 2020 16:30
2 422
ABŞ-ın Azərbaycandakı Səfirliyi İlqar Məmmədov və Rəsul Cəfərov barəsində verilən bəraət qərarını alqışlayır.
Səfirliyin yaydığı açıqlamada Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublika Alternativ Partiyasının sədri İlqar Məmmədov barəsində verdiyi bəraət qərarını alqışladığı bildirilir.
“Səfirlik, həmçinin, hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini alqışlayır. Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı aparılan hədə-qorxu və həbs fəaliyyətlərinin sonu üçün atılan müsbət addımları alqışlamağa hazır olduğunu bildirir. Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən həmdə başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik”, - deyə açıqlamada qeyd olunur.