Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
24 Aprel 2020 17:11
2 870
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan imkansız ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin edilməsi təklifi ilə çıxış edib.
Deputat bildirib ki, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının məbləğinin əhalinin, o cümlədən, xüsusi qayğıya daha çox ehtiyacı olan həssas qruplardan olan təbəqələrin real gəlirlərinə müvafiq müəyyən edilməsi təhsilin inkişafına əhəmiyyətli təsir edə bilər.
Millət vəkili bu məsələyə baxılması istiqamətində müvafiq qurumlara çağırış edib. Kənd rayonlarından birini təmsil edən millət vəkili olaraq bu addımın ailə gəlirləri az olan ailələrin övladlarının ali təhsil ala bilməsi üçün çox böyük önəm daşıdığını vurğulayan Qənirə Paşayeva bildirib ki, imkansız ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin nəzərdə tutulması çox vacibdir.
Bu məsələnin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də xüsusi qeyd edildiyini vurğulayan QƏNİRƏPaşayeva deyib ki, ailə gəlirləri az olan ailələrin övladlarının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla ali təhsil ala bilməsi üçün təhsil kreditlərinin daha da genişlənməsinə böyük ehtiyac var. Təhsil kreditlərinin təhsilin inkişafına müsbət təsirini xüsusi vurğulayan millət vəkili ali məktəblərdə təhsil alan daha çox tələbənin təhsil kreditlərindən yararlana bilməsinin böyük əhəmiyyətini və vacibliyini xüsusi vurğulayıb.
Bu məsələ ilə bağlı bir neçə dəfə təkliflərlə çıxış etdiyini vurğulayan Qənirə Paşayeva dövlət başçısının aztəminatlı ailələrin övladlarının ali təhsil ala bilməsi məsələsinə xüsusi diqqətini və qayğısını vurğulayaraq müvafiq qurumları bu məsələlərə baxmağa və həlli imkanlarını nəzərdən keçirməyə çağırıb.
15 Noyabr 21:25
1 414
15 Noyabr 17:47
1 036
15 Noyabr 17:44
1 022