Azərbaycanın İran siyasəti: praqmatizm, balans və yeni imkanlar - TƏHLİL
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
30 Aprel 2020 12:27
3 493
Nəsib Məhəməliyev: “Bir çox insan özlərini pandemiya şəraitinə uyğun aparmır”
“Artıq dördüncü gündür ki, karantin rejiminin qismən yumşaldılması şəraitində yaşayırıq. Ancaq müşahidələr göstərir ki, bir çox insanlarımız özlərini pandemiya şəraitinə uyğun aparmırlar”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib: “İki gün öncə Yasamal rayonunun ərazisində yerləşən bank fliallarının qarşısında xeyli sayda vətəndaşın, heç bir sosial məsafə gözləmədən, bir çoxlarının qoruyucu maskalardan belə istifadə etmədən toplaşdığının şəxsən şahidi oldum. Televiziya kanalları vasitəsilə xəbərlər proqramlarında müxtəlif super marketlərdə də eyni mənzərələri nümayiş etdirirlər. Heç bir zərurət olmadan, icazə alaraq, sadəcə gəzməyə çıxan və digər insanlar dərk etmirlər ki, koronovirusa yoluxma halları hələ də davam edir. Buna barmaqarası baxmaq doğru deyil və dünyada bu virusa qarşı vaksin tapılmayıb. Bəzi ölkələrdə koronovirusun ikinci dalğası müşayiət olunmaqdadır.
Vətəndaşlarımızdan xahiş edirəm ki, səbrli, təmkinli olsunlar. Artıq sınanmış və özünü təsdiq etmiş qaydalara əməl etsinlər. Həm özlərini, yaxınlarını əzab-əziyyətdən xilas etmiş olarlar, həm də dövləti izafi xərclərlə yükləməzlər. Pandemiya bitənə qədər vətəndaş məsuliyyətinin gözlənilməsi şərtdir”.
Əli