“Avropada təxribatların qarşısını zamanında almasalar erməni terroru ilə üzləşəcəyik” Siyasət

“Avropada təxribatların qarşısını zamanında almasalar erməni terroru ilə üzləşəcəyik”

Elxan Mirhəşimli: “Ermənilər artıq bu istiqamətdə təxribatçı fəaliyyətə start veriblər”

“İyulun 12-də ermənilərin dövlət sərhəddimizi pozmağa cəhdi və Tovuz istiqamətində qəfil hücuma keçməsi bizləri də Avropada narahat etdi. Buna görə də bir sıra tədbirlər planı hazırladıq və həyata keçirdik”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında “Niderland Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli deyib. O, “Niderlandda fəaliyyət göstərən yerli təşkilatlara, media və siyasi partiyalara bu haqda məlumatlar yazıb göndədik”, - deyə bildirib: “İyulun 17-də Niderland Parlamentinin önündə buradakı bütün diaspor təşkilatları yığışaraq etiraz aksiyası keçirdik. Bundan xəbər tutan ermənilər iyulun 18-də Niderlandda fəaliyyət göstərən səfirliyimizin önundə etiraz aksiyası keçirməyə çalışdıllar. Bizim təşkilatlar onların şüarlar səsləndirməsinə imkan vermədilər.
Bundan qəzəblənən erməni terrorçuları (Mitinqə ASALA terror təşkilatının simvolları olan köynəklərlə gəlmişdilər) bizlərə daş və su şüşələri atmağa başladılar. Bu vəziyyəti görən holland polisi erməni vandallarını dağıdaraq səfirliyin qarşısından qovdu.
Erməni şovinistləri gizlənərək 10-20 nəfərlik qrupla səfirlikdən çıxan azərbaycanlılara arxadan xayincə hücum etməyə başladılar. Polis onların niyyətlərini vaxtında anlayıb bunun qarşısını aldılar”.
E.Mirhəşimli əlavə edib ki, ermənilərin ASALA terror təşkilatının simvolları olan köynəklərlərlə bizə hücum etməsi onların terrorçu düşüncədə olmalarının sübutudur: “Hesab edirəm ki, bu addım diplomatlarımıza qarşı təhdiddir və biz bunu ictimailəşdirməliyik.
Dunyada özlərini əzilmiş xalq kimi göstərən ermənilərin ən böyük silahı, gücü dindir. Din üzərindən yerli siyasətçiləri ələ alaraq çirkin niyyətlərini həyata keçirirlər.
Avropa ölkəlƏrində özlərinə havadarlar taparaq bizləri terrorla hədələyirlər. Nədənə avropalılar buna göz yumur. Avropada bunun qarşısını zamanında almasalar, biz burada erməni terroru ilə üzləşəcəyik. Ermənilər artıq bu istiqamətdə təxribatçı fəaliyyətə start veriblər. Bu siyasətin arxasında yəqin ki, onların havadarları da var. Avropda milli zəmində çaxnaşmalar yaradıb öz çirkin niyyətlərini həyata keçiməyə çalışırlar...”.

Əli Zülfüqaroğlu