“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
17 Oktyabr 2020 12:56
2 198
Terrorçu Ermənistan rejiminin uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurması onların xain planlarının bir hissəsi idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Ermənistan humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımda təsdiq edir:
“Gecə yarısı Gəncə və Mingəçevir şəhərlərinin yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən həyata keçirilirsə, bu, birbaşa regionda sülh və sabitliyə ciddi təhlükədir. Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib.
Ermənistanın terrorçu rejiminin bu əməli ağır müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistan rejiminin bu cinayət əməllərinə qiymət verməli, onu cəzalandırmalıdır. Əgər beynəlxalq ictimaiyyət bu ağır cinayətlərə göz yumub ona ortaq olacaqsa, Azərbaycan özü cinayətkarların ağır cəzasını vercək və necə ki, bu gün verir.
Düşmənin məqsədi mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmaqla əhalini qorxutmaqdır. Amma bütün bunlar əbəsdir. Çünki Azərbaycan xalqı qələbə əzmi ilə yaşayır və düşmənlərin bu kimi təxribatları vətəndaşlarımızın qələbəyə köklənməsinə əngəl ola bilməz. Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir”.
11:24
609
1 Noyabr 17:13
1 337
1 Noyabr 16:44
1 505