ABŞ-də DÇ-2026 zamanı insan alverinə qarşı geniş əməliyyat: 900-dən çox həbs Dünya

ABŞ-də DÇ-2026 zamanı insan alverinə qarşı geniş əməliyyat: 900-dən çox həbs

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) əməkdaşları iyun-iyul aylarında keçirilən futbol üzrə dünya çempionatı zamanı insan alverində şübhəli bilinən 900-dən çox şəxsi həbs ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsinə istinadən "Fox News" telekanalı məlumat verib.

Nazirlikdən bildirilib ki, hüquq-mühafizə orqanları çempionat tədbirlərinin təhlükəsizliyini təmin etmək və mütəşəkkil cinayətkar qrupları aşkar etmək məqsədilə bir sıran əməliyyatlara başlayıblar. Bu əməliyyatlar çərçivəsində DTN əməkdaşları, həmçinin cinayətkarlar tərəfindən qanunsuz olaraq saxlanılan 180-ə yaxın şəxsi azad ediblər. Onların arasında 30 azyaşlı da var.

Məryəm Quliyeva