11:43
371
Kuveytin şimalında İranın Çin şirkətinin obyektinə endirdiyi zərbə nəticəsində azı bir nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Atvan məlumat verib.
Qurum nümayəndəsinin bəyanatında qeyd olunur ki, İran "ölkənin şimalında yerləşən Çin şirkətlərindən birinin binasına" hücum edib. Zərbə nəticəsində "bir işçi həlak olub", obyektə isə "ciddi maddi ziyan dəyib". Əl-Atvanın sözlərinə görə, aidiyyəti qurumlar dərhal zərbənin fəsadlarının aradan qaldırılmasına başlayıblar.
Məryəm Quliyeva