Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
18 Oktyabr 2020 13:20
2 667
Rumıniyanın sabiq Baş Naziri Petro Roman Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından və beynəlxalq hüququn normalarına zidd olaraq Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumların davam etməsindən dərin narahatlıq keçirirəm. Gərginliyin daha da artmaması və insan tələfatının, eləcə də insan haqlarının pozulmasının qarşısının alınması üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasını arzulayıram.
Mən bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqlarının sülh yolu ilə həll olunması üçün səylər göstərməyə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin beynəlxalq hüquqa əməl etməyə çağırıram.
Qlobal Bakı forumlarındakı çıxışlarınızı çox gözəl xatırlayıram. Sizin çıxışlarınız münaqişənin heç vaxt güc yolu ilə həlli barədə olmayıb. Biz yeni vasitəçilik modeli axtarmağa başlamalıyıq.
Həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüququn normalarının təbliği istiqamətində birgə işləyirik.
Azərbaycanda sülhün bərqərar olmasını səmimi qəlbdən arzu edirəm".
15 Noyabr 21:25
1 414
15 Noyabr 17:47
1 036
15 Noyabr 17:44
1 022