
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycanın işğaldan azad etdiyi ərazilərində yeni infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin Fərmanında qururverici əsas məsələ ondan ibarətdir ki, düşmənin və onların havadarlarının bütün ciddi cəhdlərinə baxmayaraq, sözümüzü dedik və ərazilərimizi düşmən tapdağından azad etdik.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, indi Azərbaycan bu ərazilərin bərpasına başlayır və ictimai aşayiş, qayda-qanunlar yaradılır, bütün sahələr üzrə bölgə inkişaf etdirilir: "Bu düşmənə bir mesajdır ki, artıq bu torpaqlardan gözünüzü çəkin. Düşmən tərəf azad edilən ərazilərin yenidən işğal edilməsi üçün cəhdlər etsə də, bu, artıq mümkün deyil. Ermənistan və onun havadarlarının yenidən işğala cəhd siyasəti artıq məhv oldu. Bu fərman məsələyə nöqtəni qoydu. İşğal olunan ərazilərimiz artıq qarış-qarış azad olunaraq bərpa edilir. Biz artıq həmin ərazilərimizdə infrastruktur yaratmağa başlamışıq".
Millət vəkili bildirib ki,fərmanda hər şey geniş əksini tapıb: "Yəqin ki yaxın vaxtlarda hər qurumun öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün müəyyən əsasnamələri olacaq. Bu ərazilərdə komendantlıqların yaradılması, müvafiq qurumların strukturunun formalaşdırılması təşkil ediləcək".