25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
30 Oktyabr 2020 14:50
6 713
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına qarşı həyata keçirdiyi əks-hücum və sülhə məcburetmə əməliyyatları, eləcə də Azərbaycanın mülki əhalisinin Ermənistan ərazisindən qadağan olunmuş silahlardan atəşə tutulması faktları ilə bağlı ona ünvanladığı məktuba cavab yazıb.
Avropa Şurası Baş katibinin cavab məktubunda deyilir:
“Hörmətli cənab Həsənquliyev,
14 oktyabr tarixli məktubunuza istinad edərək bildirmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi zonası ətrafındakı hərbi əməliyyatları, xüsusən də onun dəhşətli humanitar nəticələrini olduqca narahatlıqla izləməkdəyəm. Daha öncə də qeyd etdiyim kimi, heç bir siyasi düşüncə bu düşmənçiliyin qurbanı olan kişilərin, qadınların və uşaqların dəhşət və əzablarına haqq qazandıra bilməz.
Eyni zamanda xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq həm Azərbaycan, həm də Ermənistanın Avropa Şurasına daxil olduqları zaman götürdükləri ortaq bir öhdəlikdir və bu öhdəliyə hörmətlə yanaşılmalıdır.
Nəhayət, ürəkdən ümid edirəm ki, hərbi döyüş əməliyyatları tezliklə sona çatacaq və Avropa Şurasının səylərini tam dəstəklədiyi ATƏT-in Minsk qrupunun himayəsi altında sülh danışıqları davam etdiriləcəkdir”.
26 İyul 11:26
1 008
25 İyul 15:36
1 358
25 İyul 14:04
1 358
