Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
25 Fevral 2021 14:09
2 653
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov qarşı tərəfi səmimiyyətlə salamlayıb, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla qeyd edib.
Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Sərhəd İşlər Təşkilatının səfəri çərçivəsində keçirdiyi görüşlərin və işğaldan azad olunmuş ərazilərə baş çəkmələrinin bölgədəki vəziyyətlə yaxından tanış olmaq üçün əlverişli imkan yaratdığı qeyd olunub. Ümumilikdə bu səfərin faydalı olacağı və ölkələrimiz arasında inkişaf edən əlaqələrə müsbət töhfə verəcəyinə inam ifadə edilib.
Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar öz növbəsində, səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib və Azərbaycan dövləti və xalqını Qələbə münasibətilə bir daha təbrik edib. O, işğaldan azad olunmuş məntəqələrə səfərləri çərçivəsində bu ərazilərdə törədilmiş dağıntıların miqyasının şahidi olduqlarını təəssüflə qeyd edərək, buna rəğmən, ərazilərin Azərbaycanın nəzarətinə qayıtmasından böyük fəxr hiss etdiklərini vurğulayıb.
Qarşı tərəf cari səfəri olduqca məhsuldar qiymətləndirib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
15 Noyabr 21:25
1 127
15 Noyabr 17:47
966
15 Noyabr 17:44
959