“Böyük sülh sazişinin” imzalanması real görünmür” Siyasət

“Böyük sülh sazişinin” imzalanması real görünmür”

Zərdüşt Əlizadə: "Cənab Uorlikin təmsil etdiyi Dövlət Departamenti, eləcə də Birləşmiş Ştatlar özləri öhdəlik götürməlidir"

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yenə dilə gəlib. O, bu dəfə Qarabağ münaqişəsində tərəflərin öhdəlik məsələsindən danışıb. Uorlik bildirib ki, təzəcə başlayan 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə tərəflərin üzərilərinə öhdəlik götürmələri çox vacibdir. Həmsədrlərin oyun-oyuncaq etdikləri bu başıbəlalı öhdəlik məsələsi nə vaxta qədər dəyişə-dəyişə gedəcək? Hər dəfə işğalçı Ermənistan tərəfindən birmənalı olaraq pozulan bu "öhdəlik oyunun" dalana dirəndiyi vaxta deyəsən, hələ çox qalır. Bu kimi suallar cəmiyyəti ciddi narahat edir. Qondarma öhdəliklər isə gün ərzində atəşkəsin dəfələrlə pozulmasına mane olmur.
Politoloq Zərdüşt Əlizadə məsələnin yalnız bir çıxış yolunun olduğunu deyib. Politoloq həmçinin bildirib ki, bu il də "Böyük sülh sazişinin" imzalanması real görünmür: "Cənab Uorlikin təmsil etdiyi Dövlət Departamenti, eləcə də Birləşmiş Ştatlar özləri öhdəlik götürməlidir. Bildirməlidirlər ki, onlar təcavüzkar Ermənistana dəstək verməyəcəklər. Belə bir öhdəlik götürsələr, Azərbaycan tərəfi də cəbhə xəttində tam sabitliyə zəmanət verə bilər. Üstəlik, bu il "Böyük sülh sazişi" üçün heç bir zəmin yoxdur. Münaqişənin həlli ilə bağlı yaxşılığa doğru hər hansı əlamət görünsəydi, mən buna "bəli" cavabı verərdim. Amma indi hər iki tərəfdən barışmaz fikirlər səslənir. Bu da sülhün mümkünlüyünə xidmət etmir".

Əli