Türkiyə aprelin 24-də bayram edəcək Siyasət

Türkiyə aprelin 24-də bayram edəcək

Ərdoğan bir sıra ölkələrin dövlət başçılarına dəvət göndəriləcəyini bildirib

Türkiyə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyini qeyd edəcək.
"Trend"in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.
Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.