WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək
İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-a göndərdiyini bildirir
Hadrut və Tuğda yenidənqurma işləri ilə bağlı iclas keçirilib, tapşırıqlar verilib
WUF13-lə bağlı müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır
7 Aprel 2021 17:46
3 045
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başsağlığında deyilir:
"Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".