BAXCP sədri Hüseynağa Qəniyevi təbrik edib Siyasət

BAXCP sədri Hüseynağa Qəniyevi təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın BAXCP İdarə Heyətinin üzvü Hüseynağa Qəniyevi 80 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Hüseynağa müəllim,
Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram.
Siz ömrünüzün əhəmiyyətli hissəsini dövlət qulluğuna, qanunvericilik fəaliyyətinə və partiya işinə həsr etmisiniz. Bununla yanaşı, dərin zəkaya və yüksək yaradıcılıq potensialına, fəlsəfi dünyagörüşünə malik bir yazıçı kimi Azərbaycanda esseizm janrının inkişafına töhfələr vermiş, publisistikamızı öz istedadınızla zənginləşdirmisiniz.
Sizin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi kursunun uğurla həyata keçirilməsi, ideyalarının təbliği istiqamətindəki xidmətlərinizi yüksək qiymətləndirir, səmərəli fəaliyyətinizə görə təşəkkürümü bildirirəm.
Hörmətli Hüseynağa müəllim,
Sizi bir daha təbrik edir, Tanrıdan uzun və sağlam ömür diləyirəm!”