“Nə olursa olsun...” Siyasət

“Nə olursa olsun...”

İsmayıl Alpər Coşqun: "Türkiyə Azərbaycana kömək edəcək"

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycana kömək edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini və tərəflər arasında sülh danışıqlarını dəstəkləyir".
Diplomat qeyd edib ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini də tam dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə nizamlanacağına inanır: "Nə olursa olsun, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində və ən qısa zamanda Azərbaycan torpaqlarının qaytarılmasında hər zaman Azərbaycana kömək edəcək".