WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək
İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-a göndərdiyini bildirir
Hadrut və Tuğda yenidənqurma işləri ilə bağlı iclas keçirilib, tapşırıqlar verilib
WUF13-lə bağlı müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır
4 İyun 2021 12:33
3 913
Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub.
APA-nın məlumatına görə, bu, Azərbaycanın Ermənistanla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərdiyi ikinci dövlətlərarası şikayətində əksini tapıb.
Qeyd olunub ki, Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35 000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir: “Minalanmış ərazilərin xəritələrinin təhvil verilməsindən imtina edilməsi Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində zorla öz yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin təxminən 30 il sonra öz evlərinə qaytarılması səylərinə də mane olur”.