Əli Kərimli BAXCP sədrinin təklifini öz adına çıxıb Siyasət

Əli Kərimli BAXCP sədrinin təklifini öz adına çıxıb

Vaqif Abışov: "Belə bir fon yaradırlar ki, guya xalqa lazım olan vacib məsələlər həmişə Əli Kərimli tərəfindən birinci olaraq qaldırılır"
Hiyaməddin Orduxanlı: "Bu adam daim oğurluqla məşğul olur"

Əli Kərimli Bütöv Azərbycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanda müalicəsi mümkün olmayan xəstələrin ölkədən kənarda müalicəsi üçün fond yaradılması təklifini öz adına çıxıb. "Azadlıq" qəzeti isə həmin plagiat təklifin təbliğatını aparır.
Qeyd edək ki, bir müddət öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışında xaricdə müalicəyə ehtiyacları olan imkansız şəxslərə dəstək zərurətindən danışıb: "Mən istəyirəm ki, bir məsələni parlament kürsüsündən diqqətə çatdırım. Bilirik ki, çoxlu sayda uşaqlar, gənclər, ayrı-ayrı insanlar Azərbaycanda müalicəsi olduqca çətin olan müxtəlif xəstəliklərə tutulurlar. Bu istiqamətdə Heydər Əliyev Fondu çox böyük işlər görür, çoxlu sayda uşaqların həm Azərbaycanda, həm də xarici ölkələrdə müalicəsinə kömək edir. Eyni zamanda dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan Respublikasının prezidenti də tanınmış elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin xaricdə müalicəsinə yardım edib. Amma bu yetərli deyil və mən təklif edirəm ki, Azərbaycanda xüsusi bir fondun yaradılmasına ehtiyac var. Bu yaxınlarda bir qrup gənc Nərmin Hüseynli ilə əlaqədar təşkil olunmuş kampaniyaya qoşulmaq üçün mənə müraciət etdi. Həmin gənc qızın 17 yaşı var, onun da xaricdə müalicəsinə çox böyük ehtiyac var. Azərbaycanda onun müalicəsi mümkün deyil, xaricdə müalicəsi üçün isə təxminən 150 min avro tələb olunur. Bu vəsaitin böyük bir hissəsi sadə insanlar tərəfindən toplanıb. Amma mən düşünürəm ki, belə bir fond yaradılarsa, Azərbaycanın iş adamları həmin fonda kifayət qədər vəsait köçürə bilərlər. Həmin fondun da bir müşahidə şurası yaradılar, ora ictimaiyyət nümayəndələri daxil edilər və o vəsait şəffaf formada xərclənər, bizim imkansız uşaqlar bundan fayıdalanar".
Ölkənin səhiyyə sistemində kompleks islahatlara da ehtiyac olduğunu vurğulayan Qüdrət Həsənquliyev dövlət səhiyyə obyektlərinin böyük bir qisminin özəlləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb: "Mən mətbuatda oxudum ki, nəhayət, Hazirlər Kabineti Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşır. Bu Azərbaycan vətəndaşları üçün çox önəmli bir hadisədir. Mən deyərdim ki, bəlkə də səhiyyə sistemində inqilabi bir dəyişikliyin başlanğıcını qoyacaq. Amma düşünürəm ki, bu da yetərli deyil, daha yaxşı olardı ki, ölkədə səhiyyə sistemində islahatlar kompleks şəkildə aparılsın. Biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Mən dəfələrlə bu məsələni Milli Məclisdə də qaldırmışam ki, Azərbaycanda bu qədər dövlət səhiyyə obyektlərinin olmasına ehtiyac yoxdur. Onların böyük bir qismi özəlləşdirilməlidir, xüsusi mülkiyyətə verilməlidir. Belə olduğu təqdirdə hesab edirəm ki, həm səhiyyə sistemində olan müəyyən neqativ hallar aradan qalxar, həm də əhalinin müalicəsi daha yüksək səviyyədə təmin olunar. Hal-hazırda çoxlu sayda insanlar xarici ölkələrə gedir və o ölkələrdən də bir çox hallarda müalicəsi çox çətin olan müxtəlif qan xəstəliklərilə Azərbaycana qayıdırlar. Bu başqa bir söhbətin mövzusudur və yəqin ki, mən gələcəkdə bu barədə də danışacağam".
Bu təkliflərlə bağlı ekspertlər nə düşünürlər?
Qeyd edək ki, bu təklif ictimai müzakirəyə səbəb olub və cəmiyyətdə müsbət qarşılanıb. Müxtəlif ekspertlər təklifi müsbət qiyməmətləndirərək onun həyata keçirilməsini vacib sayıblar.
Buna münasibətini açıqlayan BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi Vaqif Abışov bildirdi ki, son günlər müxtəlif Kütləvi İnformasiyüa Vasitələrində, o cümlədən Parlamentdə Azərbaycanda müalicəsi mümkün olmayan xəstələrin xaricdə müalicəsi ilə səslənən təkliflə müzakirələr aparılıb: "Elə xəstəliklər var ki, onun müalicəsi Almaniya, Rusiya, Türkiyə, ABŞ və digər ölkələrdə mümkündür. Məlumdur ki, əksər insanların da buna imkanı çatmır. Bu təklifi BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib. Mənim fikrimcə, bu doğru təklifdir. Daha yaxşı olardı ki, ağır xəstəliklərin də müalicəmi Azərbaycanda müalicə oluna bilsin. Ammma bu yoxdursa, onda belə bir fondun yaradılması vacibdir. Ona görə də, bu daha doğru variantdır. Bu təklif cəmiyyətdə müsbət qarşılandı və rezonans doğurdu. Fikrimcə, bu, dəstəklənməlidir, hökumət səviyyəsində də buna yardım göstərilməlidir". Bu təklifi kiminsə öz adına çıxması normal hal deyil: "Azadlıq" yazır ki, guya bu təklif Əli Kərimli tərəfindən səsləndirilib. Bu, absurd bir məsələdir. Bu Azərbayan vətəndaşları üçün zəruridirsə onu kimin deməsinin fərqi yoxdur. Əsas bu işin reallaşmısıdır və ona dəstək verilməlidir. Millət vəkili Qüdrət Həsənquliyev bu təklifi səsləndiribsə, bunu kiminsə öz adına çıxması absurddur. Düşüncəsi olan insan bu addımı atmaz. Belə bir fon yarıdırlar ki, guya xalqa lazım olan vacib məsələlər həmişə Əli Kərimli tərəfindən birinci olaraq qaldırılır. Bu təkcə Qüdrət Həsənquliyevin məsələsi deyil, ümumazərbaycan məsələsidir. Bu, onlar tərəfindən atılan növbəti təxribat xarakterli addımdır".
BAXCP sədrinin müavini Hiyaməddin Orduxanlı isə "Əli Kərimli birinci dəfə deyil ki, BAXCP sədri Qüdrət Həsənquliyevin ideyalarını, təkliflərini öz adına çıxır",- deyə məsələyə münasibətini açınladı: "Bu adam daim oğurluqla məşğul olur. Bütün ictimaiyyət gördü ki, Qüdrət bəy bu məsələni Milli Məclisin iclasında qaldırdı. Bundan bir gün qabaq isə bir qrup gənc Nərmin Həsənlinin təşkil etdiyi yardım kampaniyasına dəstək vermək üçün müraciət etmişdi. Qüdrət bəy həm maddi dəstək verdi və təşkil olunan kitab satışında iştirak etdi. Bunu hamı gördü. Bundan sonra Əli Kərimliyə nə deyəsən? Onsuz da ona söz deməyin xeyri yoxdur".

Əli