“Azərbaycan bizim canımızdır ”. Siyasət

“Azərbaycan bizim canımızdır ”.

Əhməd Davudoğlu :"İnşallah, Qarabağ azad ediləndən sonra da bu cür təntənəli mərasim keçirəcəyik"

Türkiyənin baş naziri Əhməd Davudoğlu Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə bu şəhərin stadionunda keçirilən mərasimdə çıxış edib.
Ə. Davudoğlu Qazı Mustafa Kamal və Çanaqqalada həyatını itirən şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: "Allah sizdən razı olsun. Bu torpaqlara müstəqillik, birlik və bərabərlik toxumlarını sizlər əkib getdiniz. Əmanətinizin indi daha güclü əllərdə olduğuna əmin olun. Əziz Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanət olduğu kimi, bir necə ay qabaq baş nazir kimi Bakıya gedərkən ziyarət etdiyim Nuri paşanın, Qafqaz İslam Ordusunun şəhidləri də Azərbaycanımıza əmanətdir. Mənsub olduğumuz coğrafiyanın hər bir evində Çanaqqala zəfərinin xatirəsi var".
"Azərbaycan bizim canımızdır, canımız Azərbaycana qurban olsun". Bu sözləri isə Davudoğlu APA-nın Türkiyə müxbirinin "Azərbaycana hansı mesajı vermək istərdiniz?" sualına cavabında deyib.
Ə. Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır: "İnşallah, Qarabağ azad ediləndən sonra da bu cür təntənəli mərasim keçirəcəyik".
Xatırladaq ki, Türkiyədə I Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşında qələbənin 100-cü ildönümü qeyd edilir.