BAXCP Türk əsgərini yad edəcək Siyasət

BAXCP Türk əsgərini yad edəcək

BAXCP aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.
Bununla bağlı mətbuata acıqlama verən BAXCP-nin ictimai və siyasi məsələr üzrə katibi Niyaməddin Orduxanlı bildirib ki, 2007-ci ildən bu günə qədər hər il abidəni ziyarət ediblər: "BAXCP hesab edir ki, aprelin 24-ü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd olunmalıdır. Və bu səbəbdən də, artıq 7 ildir ki, Abidəyə əklil qoyur və onu ziyarət edir. Bu il həm də Çanaqqala zəfərinin 100 illiyi olduğu üçün, BAXCP siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu tədbirə qatılmağa dəvət edir. Sabah ziyarətdən sonra BAXCP Ali Məclisinin sessiyasında Çanaqqala səfərinin 100 illiyi ilə bağlı tarixçi- alim Vaqif Abışov geniş məruzə ilə çıxış edəcək. Artıq bu məsələ sesSiyanın gündəliyinə də salınıb. Biz bunu bir mənəvi borc bilirik. Çanaqqala səfəri təkcə Anadolu türklərinin tarixi qələbəsi deyil, həmçinin bütün türk dünyasının qələbəsidir. Və bizlər bu qələbəni birgə qeyd etməliyik".