“Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi” Layihə

“Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi”

Faiq İsmayılov: "Alban dövrü memarlıq abidələrinin bu xüsusiyyətlərinə görə ermənilər bu abidələri çox sürətlə qriqoryanlaşdırdılar"

Əvvəli ötən sayımızda

"Bu sahədə ən dəhşətli məqam ondan ibarətdir ki, Qarabağ dağlarının cənub-şərq yamaclarının İran-Azərbaycan ərazisinin kəsişdiyi ən ucqar zirvədə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən, 1968-ci ildə azərbaycanlı alimlər tərəfindən kəşf edilmiş Azıx mağarası xüsusi qəddarlıqla dağıntılara məruz qoyulub. Tədqiqatlar göstərir ki, Azıx mağara-paleolit öz qədimiliyinə, çoxtəbəqəliliyinə, arxeoloji cəhətdən zənginliyinə görə dünyada yeganə abidədir. Bu mağarada qədim və orta paleolit daş alətlərin texnikasından onların təkamül dərəcəsini müəyyən etmək mümkün olub. Azıx mağarasında aşkar olunmuş fauna və arxeoloji materiallar Azərbaycan ərazisində azıxantropların təsərrüfat fəaliyyəti haqqında geniş təsəvvür yaradıb. Belə bir möhtəşəm abidə Ermənistan hökuməti tərəfindən 1992-ci ildən 2001-ci ilədək silah ambarı kimi istifadə edilib, 2001-ci ildən 2006-cı ilədək isə bu mağarada arxeoloji qazıntılara start verilib. Bu qazıntı işlərinə rəhbərlik edənlər Böyük Britaniya vətəndaşı Tanya Kinq Ovenesyan, İspaniya vətəndaşı Patris Domindes və Ermənistan vətəndaşları Levon Episkopesyan və Hamlet Petrosyan olub". Bu fikirləri "Xalq Cəbhəsi"nə müsahibəsində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov səsələndirib. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix, mədəniyyət və memarlıq abidələri ermənilər tərəfindən müxtəlif vandalizm aktlarına məruz qalır:"Memarlıq abidələri; Öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; Qalalar, siklop tipli memarlıq abidələri, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; sovmələr, bazilikalar, kilsələr və monastrlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəsisələrinin binaları, o cümlədən heykəllər, qəbrüstü abidələr, bədii incəsənət nümunələri və s. Tamamilə sökülüb tanınmaz hala salınıb və ya təhqir edilib.
Görüntü və məna cəhətdən biri-digərini tamamlayan daşınmaz tarix, mədəniyyət və incəsənət abidələri açıq səma altında müfəssəl şəkildə toplanmış bədii-kompozisiyasına malik olanlar memarlıq ansambıllarıdır. Belə ansambıllar ictimai-mədəni nöqteyi nəzərdən həm tarixi, memarlıq, arxeoloji və estetik cəhətdən hərtərəfli dəyərlərə malik olurlar".
Təşkilatin sədri deyib ki, bu siyahya daxil olan tarixi abidələr, ermənilər tərəfindən dağıdılaraq yerləri zirehli texnikaların köməyi ilə kürünüb izləri tamamilə itirilmişdir:" Bu kateqoriyaya aid olan abidələr bunlardır;
Tarixi şəxsiyyətlərin o cümlədən, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, Mədəniyyət, incəsənət və elm xadimlərinin həyatı ilə bağlı xatirə yerləri, yaşayış evləri, kompleksləri və ansambılları. Ölkənin, şəhərin və ya kəndin həyatında baş vermiş mühüm tarixi hadisələrlə bağlı xatirə yerləri, xatirə abidələri, kompleksləri və ansambılları; Azərbaycanın elm, texnika və məişəti ilə bağlı xatirə yerləri, xatirə abidələri, kompleksləri və ansambılları; Qədim qəbristanlıqlar; baş daşları, məzarlar və qalıqları, dövlət və hökumət xadimlərinin məzar kompleksləri; xalq qəhrəmanlarının məzarları; ədəbiyyat, incəsənət və elm xadimlərinin məzarları, qardaş qəbristanlıqları, əsgər və vətəndaşların qəbirləri; Dövlət müstəqilliyi uğurunda həlak olanların qəbirləri və.s.
Tədqiqatlar göstərir ki, Azərbaycanın işğal altındakı xristianlıq dövrü abidələri nə erməni dininə, təfəkkürünə, nə də erməni əxlaqına uyğun gəlmir. Belə ki, Azərbaycan ərazilərindəki Alban xristian abidələrinin tarixi – arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Alban dövrünün xristianlıqla əlaqədar maddi mədəniyyət nümunələrini, memarlıq abidələrini, nişan daşlarını, qəbirüstü abidələri, kilsə avadanlığını, epiqrafik abidələri və s. bu kimi müxtəlif qruplara bölünərək yaşayır və bunun tədqiqatçılar tərəfindən erməni qriqoryan dininə heç bir aidiyyatı olmadığı bildirilir.
İşğalçılıq siyasətlərini həyata keçirmək üçün ermənilər, işğal etdikləri Azərbaycan ərazilərində xaraba qoyduqları inzibati yaşayış mərkəzlərinin ətrafında, xüsusi ilə yol kənarlarında, keçmiş müalicə istirahət mərkəzlərində, bulaq yaxınlıqlarında və gözəl təbiət mənzərələri ilə əhatə olunan ərazilərdə kütləvi şəkildə erməni kilsələri və dekorativ bədii həlli olan müxtəlif ölçülü xaç daşları inşa edir və bu torpaqların əzəli erməni torpaqları olduğu barədə beynəlxalq səviyyədə təbliğat işləri həyata keçirirlər".
Onun sözlərinə görə, Ermənistan hökuməti, işğal etdiyi Azərbaycan ərazilərini məcburi şəkildə erməniləşdirməklə, bu torpaqları mənimsəməyə "tarixi erməni torpaqları" adlandırmağa çalışırlar:" Azərbaycan ərazilərinin erməniləşdirilməsi əsasən toponimlərin xüsusən də xristianlıq dövrü daşnmaz tarix və mədəniyyət abidələrin eləcədə daş və divar yazılarının məzmunlarının dəyişdirilməsi ilə aparılır. Artıq indi heç kimə sirr deyildirki ermənilər, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində azərbaycan xalqına məxsus islam dini abidələrini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir, xristian dövrü abidələrinin isə formasını və ya divar yazılarını dəyişdirərək bu abidələrin digər xristian xalqlarına deyil yalnız ermənilərə məxsus olduqlarını iddia edirlər. Məhz bu səbəblərdən də işğal altındakı tarix və mədəniyyət abidələrinin mühafizəsi, təbliği və onlara dəyən zərərlərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi bu gün daha çox aktuallıq kəsb edir. Azərbaycanın tarix və mədəniyyət abidələrinin bəşər mədəniyyətinin və tarixinin inkişafında xüsusi yeri olduğunu anlayan hər kəs, bu abidələri mövcud olduqları kimi mühafizə edərək gələcək nəsillərə çatdırılmasını özünün borcu və vəzifəsi hesab etməlidir.
Erməni işğalı altındakı ərazilərimizdə xalqımızın 100 illər boyu dağıdılan məhv edilən mədəni irsinin yerini doldurmaq onları yenidən qurmaq, bərpa edərək yenidən həyata qaytararaq yaşatmaq təssüf ki mümkün deyildir. Abidələr də insanlar kimidirlər öldükdən sonra onları geriyə qaytarmaq olmur.
Əgər biz işğal altında olan tarix və mədəniyyət abidələri üzərində sahiblik əldə edilməsə, mədəni irs nümunələrini gələcək nəsillərə mövcud olduğu kimi çatdırmasaq, abidələrin qorunma və mühafizə işlərini bərpa etməsək, bu, Azərbaycan mədəniyyətininin mənəvi yoxsullaşmasına gətirib çıxaracaq.
Məlumdur ki, SSRİ hakimiyyəti dövrü Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından, o dövrdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda tarix və mədəniyyət abidələri dövlət qeydiyyatdan kənarda qalmasına səbəb olmuşdu. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və onlara işğal dövrü ermənilər tədəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Eyni zamanda, işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrindən istifadə olunmaması, Azərbaycanın tarixinə, mədəniyyətinə və eyni zamanda dövlətin büdcəsinə hər il milyonlarla manat ziyan vurulur.
Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların əraziləri tarix və mədəniyyət abidələrinin istərsədə ilk insan məskənlərinin mövcudluğu baxımından olduqca zəngindir. Xocavənd, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları ərazilərində ilk insanların mövcudluğunu sübut edən faktlar deməyə əsas verir ki, hələ min illər öncə ilk insan icmalarının təşəkkül tapdığı dövrlərdə də, insanların yaşayışı üçün Qarabağ bölgəsində əlverişli münbit təbii şərait mövcud olmuşdur. Bəlkə də bölgədə bu cür üstün şəraitin olması, ona qarşı qonşu xalqların təcavüzlərinə və istilalarına səbəb olub".
Faiq İsmayılov deyib ki, Dağlıq Qarabağ, Cəbrayıl, Laçın və Kəlbəcər əraziləri dünyanın ilk insan düşərgələrinin olduğu nadir ərazilərindəndir ki, burada yüz illərlə ilk insanlar yaşayaraq öz izlərini daşlar qayalar üzərində qoyub gediblər:"Zaman keçdikcə ibtidai insanın şüuru, mədəniyyəti inkişaf edir, hər qəbilənin özünə məxsus fantaziyası, yeni fəlsəfi düşüncəsi və adət-ənənələri meydana gəlirdi. Yeni adətlərdən biri də hər qəbilənin özünə məxsus dəfn mərasimlərini tcra edilməsi olmuşdur. Məhz bunun nəticəsi idi ki, bu ərazilərdə kurqanlar, küp qəbirlər və. s. meydana gəlirdi.
Dünya arxeoloqlarının apardıqları çoxsaylı araşdırmalara və gəldikləri ümumi nəticələrə görə, neolit və eneolit dövrlərində və tunc dövrünün əvvəllərində ölənlərin qəbirləri üzərində torpaq, ağac və daşdan ibarət süni təpələr – kurqanlar yaratmaq adəti var idi. Hətta bu gün erməni alimləri də təsdiq edirlər ki, dünyada kurqanların düzəldilməsi türkdilli xalqlara məxsusdur. Çünki kurqanlar yalnız və yalnız türkdilli xalqların yaşadıqları ərazilərdə təsadüf edilir. Dünyanın bu ərazilərindən biri də Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlardır.
Burada belə bir məntiqin mövcudluğu əsas verir deyək ki, hələ eramızdan əvvəl III–II minilliklərdə kurqanların geniş əhatə etdiyi Xocalı, Şuşa, Laçın, Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli və digər rayonlarının ərazilərində yaşayan yerli sakinlər yalnız türkdilli etnoslar olub.
Yüksək şüura malik olduqca insanların arasındakı rəqabət hissi, xarici aləmdəki yad təhlükələrdən müdafiə olunma risqini artırdı. Bu qorxu hissi insanları gələcək təhlükələrdən müdafiə olunmaq üçün tədbirlər görməyə vadar edirdi. Bax bunun da nəticəsində ərazidə müdafiə xarakterli qalalar meydana gəlməyə başldı. İşğal olunmuş ərazilərində mövcud olan müdafiə və müşahidə tipli qalaların strateji əhəmiyyətinə, quruluşuna, memarlığına diqqət yetirdikdə məlum olur ki, antik insanların şüurları inkişaf etdikcə onlar özlərinin müdafiələrini yaratmağa xüsusi diqqət ayırırdılar ki, bunun da nəticəsində bu ərazilərdə xeyli sayda tarix və mədəniyyət abidələrimiz meydana gəlməyə başladı.
Sevindirici haldır ki, bu ərazilərdə Azərbaycanın tarixi keçmişini təsdiq edən özünün tarixi, bədii zənginliyi və müxtəlifliyi ilə seçilən yerüstü memarlıq abidələrinin böyük bir qismi ermənilər tərəfindən dağıdılsada, digər bir qismi zəmanəmimzə qədər gəlib çıxıb. Bu abidələrin sırasında öz mili xüsusiyyətlərinə, nadir memarlıq quruluşlarına ğörə dünyada analoqu olmayan tikintilərin mövcud olması, bu ərazinin yerli sakinlərinin tarixən yüksək intellektual səviyyəsinin və sənətkarlıq qabiliyyətinin mövcud olduğunun göstəricisidir.
Tərəfimizdən aparılan araşdırmalar göstərir ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki işğal olunmuş ərazilərimiz Azərbaycan Albaniya və Atropatena dövlətinin tərkib hissəsi olmuşdur (e.ə.IV – eramızın VII əsri). Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində və eləcədə işğal olunmuş ərazilərimizdə də alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Alban dövrü memarlıq abidələrinin məhz bu xüsusiyyətlərinə görə ermənilər bu əraziləri işğal etdikdən sonra bu abidələri çox sürətlə qriqoryanlaşdırdılar".

Əli

Ardı var...