Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Rəsmi Bakı bütün danışıqlara son qoymalı...”

“Rəsmi Bakı bütün danışıqlara son qoymalı...” Layihə

“Rəsmi Bakı bütün danışıqlara son qoymalı...”

Politoloq: “Və işğal edilən torpaqlarımızı ordumuzun gücü ilə azad etməlidir”

Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların rolu olduqca mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə qəbul edibr. Bundan başqa Avropa Şurası Parlament Assambleyası, eləcə də İslam Konfransı Təşkilatı işğal edilmiş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması tələbi ilə bir neçə qətnamə qəbul edib. Ancaq təəssüflər olsun ki, bu qərar və qətnamələrə Ermənistan məhəl qoymur, işğal və bölgədə separatizm siyasətini davam etdirir. Münaqişənin nizamlanması istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fəaliyyəti də qənaətbəxş hesab edilə bilməz. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi Minsk qrupuna olan ümidləri heçə endirir. Bu səbəbdən böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, daha praktik addımlar atmalı, sanksiyalar tətbiq etməli və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Azərbaycan isə apardığı uğurlu xarici siyasət nəticəsində ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görür. Azərbaycanın dünyada dostlarının sayı artır və beynəlxalq nüfuzu daha da genişlənir.
ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Kerri Kavano isə bildirib ki, etnik azlıq Cənubi Qafqazda böyük əhəmiyyət kəsb edə bilər.
Sabiq amerikalı həmsədr qeyd edib ki, Qarabağ münaqişəsi tərəfləri demək olar eyni sənədi müxtəlif yollarla oxuyurlar.

“Əks təqdirdə, bir tərəfin bir sənəd, qarşı tərəfin isə başqa bir sənəd təqdim etməsi inandırıcı deyil. Bakı bildirib ki, danışıqlar formatını dəyişməz saxlamaq lazımdır. Buna baxmayaraq mən hesab edirəm ki, Bakı daxili qayda ilə öz nümayəndə heyətinin tərkibini dəyişib və ora Qarabağın Azərbaycan icmasının mövcudluğunu əlavə edib”, - deyə Kavano bildirib.
Politoloq Vasif Əfəndiyevin fikrincə, 2019-cu ilin əvvəlindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri davamlı olaraq intensiv xarakter daşıyır. Son üç Paris, Moskva və Vaşinqton görüşlərinin detalları açıqlanmasa da ilin əvvəlindən hər iki tərəfin bəyanatlarında “xalqları sülhə hazırlamaq" barədə bəyanatlar verilir. Politoloqun sözlərinə görə, bütün görüşlərin ümumi nəticəsi olaraq verilən bu bəyanatlar sülh istiqamətində müəyyən işlərin getdiyi və çərçivə razılaşmalar əldə olunmasına işarədir: "Problemin həlli ilə bağlı tərəflərə təklif olunan variantlar ümumilikdə razılaşdırılsa da Ermənistan tərəfi tərəddüd içərisindədir.Onlar da çox gözəl anlayırlar ki, regionda sülh olmadan Ermənistanın inkişafı mümkün olmayacaq. Görüşlərin intensiv xarakter alması Ermənistanın daha bəhanə gətirməyə və qaçmağa yeri olmadığı anlamını verir. Bu ilin sonuna qədər Ermənistan sülh müqaviləsinin altına imza atmaqdan imtina edəcəksə, o zaman Azərbaycan BMT-yə müraciət etmək hüququ əldə edəcək. Bundan sonra birtərəfli qaydada torpaqların heç bir şərt və razılaşma olmadan boşaldılması gündəmə gətirilə bilər. Bu danışıqlar Ermənistan üçün bir şansdır".
Milli Məclisin deputatı Musa Qasımlı isə deyib ki, əgər Azərbaycan Ermənistanla baş-başa qalarsa qısa müdət ərzində millətimizin bağrından çıxan ordumuzun gücü ilə işğal olunmuş Dağlıq Qrabağ regionunu və ətraf rayonları düşməndən tam şəkildə təmizləyə bilər, torpaqlarımızdan ata bilər:”Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Bizim ordu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Həm texniki-təchizat, texnoloji, həm də milli-mənəvi ruh və vətənpərvərlik baxımından”.
Politoloq bu məsələdə Azərbaycana mane olan səbələrdən də danışıb: “Bizə mane olan ən başlıca amil beynəlxalq konyukturadır. ATƏT-in Minsk qrupunun sədrləri təcavüzkar dövlətə, Ermənistana təzyiqlər etməlidirlər. Ona qarşı sanksiyaların tətbiqi üçün çalışmalıdırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Təcavüzə məruz qalanla, təcavüzkar dövləti eyni tutmaq olmaz. Ermənistan təcavüzkardır, Azərbaycan təcavüzə məruz qalandır. Qarabağ məsələsinin dinc yolla həllinə mane olan ikili standartlardır. Azərbaycan əgər təkbaşına, Ermənistanla üz-üzə qalarsa qısa müddətdə düşməni darmadağın edə bilər”.
Politoloq onu da vurğulayıb ki, Ermənistanda dövlət deyilən şey yoxdur. Ermənistan dövləti ölü doğulmuş bir dövlətdir. Baş tutmamış dövlətdir. Bu gün Ermənistana diqqət yetirin. Hakimiyyətdə baş kəsənlər, terrorçular, əli qana bulaşmış insanlardır.Onlar bir-birlərini devirməklə məşğuldurlar. Ermənistanda ümumi böhran hökm sürür. Bu həm iqtisadiyyatın böhranıdır, həm idarəetmə böhranıdır, həm hərb sisteminin böhranıdır. Həm də emənilərin milli, psixoloji, mənəvi böhranıdır. Erməni cəmiyyəti, Ermənistan dövləti əgər qonşuları ilə dil tapmasa heç bir zaman inkişaf edə bilməyəcək. Erməni cəmiyyəti həmişə bir-birini didib parçalayacaq. Bu gün Ermənistanda hakimiyyətdəkilər, küçədən hakimiyyətə gələnlərdir. Onların ümumiyyətlə dövlətçilik təfəkkürləri yoxdur. Dövlətçilik təfəkkür olmayan insanların dövləti heç zaman inkişaf eləməz: “Söhbət ondan gedir ki, bu müxtəlif dövrlərdə gətirilib bizə qonşu edilmiş dövlətdir.Yəni biz istəsəkdə, istəməsək də, artıq Ermənistan adlı dövlət var. Bizim də ərazilərimizi xarici yardımlarla Ermənistan işğal eldib. Təkbaşına Ermənistan heç bir zaman Azərbaycan ərazilərini işğal edə bilməzdi.Amma bunu da qeyd eləmək lazımdır ki, Azərbaycan əraziləri bizim ölkəmizin daxilində sabitsizlik, anarxiya, xaos, qarışıqlıq olan şəraitdə işğal edilib. Dövlət hakimiyyəti zəif olan zamanlarda işğal edilib. Bu gün isə Azərbaycan dövləti güclüdür.Təcavüzkar Ermənistanın burnu əzilməyincə onlar öz yerlərini bilməyəcəklər. Hesab edirəm ki, bu münaqişənin həlli işğal faktorunun aradan qaldırılmasından keçir.Yəni təcavüzkar Ermənistan özünün silahlı qüvvələrini işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan çıxarmalıdır. Ondan sonra digər barışıq tədbirləri həyata keçirilə bilər”.
Deputat bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını "oldu-bitdi" kimi qələmə vermək istəyir. Amma bunun heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan ərazilərinin itirilməsi ilə qətiyyən barışmayacaq: “Cənab prezidentimiz İlham Əliyevin söylədiyi kimi "ikinci erməni dövlətinin" yaradılmasına heç bir zaman imkan verilməyəcək.Yəni birinci erməni dövlətidir Azərbaycan torpaqlarında yaradılıb. İkincinin isə bizim torpaqlarda yaradılmasına qətiyyən imkan verilməyəcək. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyindən heç bir zaman əl çəkməyəcək. Biz bu məsələnin həllindən ötrü mütləq dövlətimizin güclü olmasına çalışmalıyıq. Ölkəmizdə sabitlik, güclü iqtisadi inkişaf olmalıdır. Eyni zamanda, çox fəal diplomatik işlər həyata keçirilməlidir”.
Politoloq Mirsamir Məmmədov isə bildirib ki, ümumiyyətlə, rəsmi Bakı bütün danışıqlara son qoymalı və işğal edilən torpaqlarımızı ordumuzun gücü ilə azad etməlidir: “Avropa və dünyanın ermənipərəst qüvvələri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini süni formada uzadırlar. Zaman heç də bizim xeyrimizə işləmir, Ermənistanın xeyrinə işləyir. Formal olaraq yaradılan ATƏT-in Minsk qrupu işğalçının siyasətini dəstəkləyir. Qrupa üzv olan hər üç ölkə üzdə Azəraycanın ərazi ütöblüyünü dəstəklədiklərini bəyan edirlər, amma arxadan işğalçıya maddi yardım göstərirlər. ABŞ, Rusiya və Fransada güclü erməni lobbisi mövcuddur , hakimiyyətə təsir mexanizmlərindən istifadə edirlər. Amma onu da qeyd edim ki, son illərdə rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı siyasət Ermənistanı diz üstə qoyub. Amma fikrimcə, daha gözləmək lazım deyil. Ordumuz danışıqlar prosesinə qoşulmalı və işğal edilən ərazilərimizi azad etməlidir. Buna gücümüz var”.
Yeri gəlmişkən, Ermənistan ordusu ildən-ilə iflic vəziyyətinə düşür. İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nəinki əsgərlərin, hətta zabitlərin də tez-tez özünə qəsd etməsi nəticəsində ölməsi artıq adi hal alıb və işğalçı ordunun danılmaz reallığıdır.
Rəsmi İrəvan çox vaxt qarabağlı erməni hərbçılərin ölüm hallarını gizlətsə də, Ermənistan hərbçilərin ölümlərini müxtəlif yollarla rəsmi olaraq ictimailəşdirməyə məcbur olur.

İşğalçı ölkənin sosial mediasında gizlədilən özünəqəsd, yaxud özünü öldürmə həddinə çatdırılma faktları haqqında ölən hərbi qulluqçuların yaxınları tərəfindən məlumatlar yayılır. Sosial şəbəkələrdə yer alan xəbərlərdən bəlli olur ki, son bir neçə gün ərzində hərbi xidmətdə üzləşdikləri haqsızlıq, təhqir və təzyiqlər səbəbindən Ermənistan ordusunun 4 hərbçisi özünə qəsd edib.

Xəbərdə deyilir ki, kəşfiyyat bölüyünün hərbi qulluqçusu Ardak Lalayan, adı gizlədilən daha iki hərbçi də özünə qəsd edib. Qohumlarının verdiyi xəbərə görə özünü öldürmək istəyən bir zabitin həyatını xilas edə biliblər və o indi hospitaldadır. Onun valideynləri xəsarət alan zabitə lazımi diqqət yetirilməsi müqabilində hadisənin gizli saxlanılmasına razı olublar. Özünü asmaqla həyatına qəsd edən və adı gizlədilən hərb qulluqçu da əslən Qarabağdandır.

Xatırladaq ki, yuxarıda qeyd edilən faktlardan yalnız biri, Ayk Alaverdiyanın təlim mərkəzində özünü öldürməsi xəbəri rəsmi İrəvan tərəfindən ictimailəşdirilib.

Hər 4 faktla bağlı cinayət iş davam edir.

Cavid