Əziz Purvəli Səid Mətinpurla görüşüb Güney Azərbaycan

Əziz Purvəli Səid Mətinpurla görüşüb

Xəbər verdiyimiz kimi, 7 il həbsdən sonra Tehranın Evin zindanından şərti azadlığa buraxılan tanınmış azərbaycanlı fəal, jurnalist və insan haqları fəalı Səid Mətinpur soydaşlarımızın böyük sevincinə səbəb olub. Azərbaycanlı milli-mədəni fəallar tanınmış fəalın azadlığa buraxılması münasibəti ilə onun və ailəsinin görüşünə gedir. Son məlumata görə, sentyabrın 4-də (şəhrivərin 13-də) tanınmış fəallardan daha biri Əziz Purvəli Səid Mətinpurun görüşünə gedib. Purvəli, Mətinpur ailəsini təbrik edərək Səid bəyi Azərbaycan türk millətinin mənəvi sərvətlərindən biri kimi qiymətləndirib və ona Azərbaycanın milli və mədəni hüquqları uğrunda çəkdiyi zəhmətə görə təşəkkür edib. Bu barədə "Əziz Purvəli" veblaqında məlumat yayılıb. Bildirək ki, Səid Mətinpur avqustun 26-da 8 illik məhkumluq müddətinin əsas hissəsini çəkdikdən sonra anayasanın 134-cü maddəsinə uyğun olaraq şərti azadlığa buraxılıb. Səid Mətinpur 2007-ci il mayın 25-də Zəncan şəhərində yaxalanıb və Tehranın Evin zindanının 209-cu bölümünə intiqal edilib. O 278 gün müvəqqəti saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşlığında sərbəst buraxılıb, sonra yenidən tutulub.
Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin hakimi azərbaycanlı fəalı xaricilərlə irtibat qurmaq ittihamı ilə 7 və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, tolpam olaraq isə 8 il həbs cəzasına məhkum edib. O 2009-cu il iyulun 11-də çağırışa əsasən məhkəməyə müraciət etdiyi zaman məmurlar tərəfindən tutulub və Evin zindanına aparılıb.