Sabah Azərbaycan takımları öz rəqibləri ilə qarşılaşacaq Güney Azərbaycan

Sabah Azərbaycan takımları öz rəqibləri ilə qarşılaşacaq

Avqustun 29-da (şəhrivərin 7-də) Təbrizin "Traxtur" və "Qostəreşe fulad" takımları öz rəqibləri ilə qarşılaşacaq.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 6-cı həftəsində keçiriləcək müsabiqələrdə, "Traxtur" takımı Məscid-i Süleymanın "Neft" və "Qostəreşe fulad" Tehranın "İstiqlal" komandası ilə qarşılaşacaq.
"Traxtur-Neft" müsabiqəsi avqustun 29-da (şəhrivərin 7-də), yerli vaxtla saat 18:00-da Təbrizin Səhənd stadionunda başlayacaq. "Qostəreşe fulad-İstiqlal" müsabiqəsi isə eyni gündə yerli vaxtla saat 20:00-da Tehranın Azadi stadionunda start götürəcək.
Müsabiqələri GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.