Azərbaycanlı fəal Nasir Əbdülhüseynzadə tutuqlanıb - FOTO Güney Azərbaycan

Azərbaycanlı fəal Nasir Əbdülhüseynzadə tutuqlanıb - FOTO

Azərbaycanlı milli-mədəni fəal Nasir Əbdülhüseynzadə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Parsabad şəhərinin məhkəmə orqanlarına aparılıb. Yanvarın 24-də (bəhmənin 4-də) tutulan fəal Parsabadda bir gün saxlanıldıqdan sonra Meşginşəhr (Xiyav) zindanına intiqal edilib.
Təbrizdə əsgərlik edən fəal xidmət etdiyi yerdə tutulub. Təhlükəsizlik qüvvələri məhkəmə hökmü əsasında N.Əbdülhüseynzadəni yaxalayıblar.
N.Əbdülhüseynzadə 2014-cü il fevralın 21-də (1392-ci il isfəndin 2-də) Səid Hüseyni ilə birlikdə Ana Dili tələbi ilə əlaqədar bir sıra fəaliyyətlərə görə yaxalanıb və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında 1 ay saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar keçən aylarda qiyabı olaraq 6 aylıq həbs cəzasına məhkum edilib.
Hər iki fəal budan öncə də mədəni fəaliyyətlərinə görə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.