Mehriban Əliyeva “Olimpiya” fəxri mükafatına layiq görülüb İdman

Mehriban Əliyeva “Olimpiya” fəxri mükafatına layiq görülüb

Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasında Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlığa və Azərbaycan gənclərinin Olimpiya təhsilinə böyük töhfə vermiş Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya" fəxri mükafatı təqdim edilib.
Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
S. Məmmədova bildirib ki, Fəxri mükafat Təhsil və Olimpiya Hərəkatına və Beynəlxalq Olimpiya Akademiyasının işinə töhfə vermiş görkəmli şəxslərə təqdim olunur.