“Türkiyənin fərqli addım atması lazım idi” Dünya

“Türkiyənin fərqli addım atması lazım idi”

Ərdoğan: "Terrorun yox edilməsi üçün nə lazımdırsa, ediləcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Silahlı QüvvələrininSuriyada İŞİD mövqelərinə zərbə endirməsinə münasibət bildirib.
Ərdoğan deyib ki əməliyyatların hədəfi bəllidir: "Bu, bir gecəlik deyil, davamlı əməliyyatdır. Başda İŞİD olmaqla, bütün terror qruplarının, o cümlədən PKK-nın DHKP-C-nin ölkədə təşkilatlanmasına imkan vermək olmaz. Ölkədə kürd probleminin həlli ilə bağlı proses başlayıb və davam edirdi. Ancaq terror təşkilatları bizim mövqeyimizdən sui-istifadə etdi. Vətəndaşlarımız təhdid altında yaşayırdılar. Bu iş artıq cığırından çıxmışdı, Türkiyənin fərqli addım atması lazım idi".
Ölkə prezidenti srağagün ABŞ prezidenti Barak Obama ilə telefonda danışdığını xatırladıb: "Obamaya PKK terror təşkilatı ilə yanaşı, İŞİD-ə qarşı mübarizəyə də başlayacağımızı bildirdik. Bu gecə ilk addım atıldı, 16 vilayətdə eyni zamanda əməliyyat başladı. Xeyli sayda şübhəli şəxs saxlanılıb və proses davam edəcək".
Ərdoğan "Türkiyə müharibəyə başladı?" sualına cavab olaraq bildirib ki, dövlət lazımi addımı atacaq: "Terrorun yox edilməsi üçün nə lazımdırsa, ediləcək. Bu gecə başlanğıc nöqtəsi oldu".