“Bu seçkidə MHP partlayış yaradacaq” Dünya

“Bu seçkidə MHP partlayış yaradacaq”

Ahmet Kenan Tanrıkulu: "Türkiyə son dərəcə uğursuz siyasət nəticəsində: radikal dinci terror təşkilatlarının cihad həyata keçirəcək hədəfinə gəlib"

"Seçkilərlə bağlı təbliğat və təşviqat işlərimiz uğurla davam etdirilir". Bu sözləri BayMedia-ya Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq nazir Ahmet Kenan Tanrıkulu 30 mart seçkilərini şərh edərkən bildirib.
"Bir çox yerlərdən gələn məlumatlar əsasında deyə bilərəm ki, Milliyyətçi Hərəkat Partiyası bu seçkidə partlayış yaradacaq və güclü çıxacaq. Bir partiya olaraq, lazım olan dəstəyi xalqımızdan almışıq. Bu faktor seçkidə qələbə qazanmağımıza böyük təsir göstərəcək", -deyən millət vəkili son günlər mətbuat və sosial şəbəkələrdə Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası arasında hansısa bir gizli anlaşmanın olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Bu xəbərlər yanlışdır. Biz öz namizədlərimizlə Türkiyənin hər yerində seçki fəaliyyətlərini aslanlar kimi davam ediririk. Bu tipli mənfi xəbərlər sistemli şəkildə yayılır və spekulyasiya məqsədi daşıyır. Bununla MHP-ni gözdən salmağa çalışırlar. MHP 31 mart sabahı Türkiyədə tarixi yazacaq. Qadağalar, sosial və iqtisadi şərtlər altında əzilən millətimiz çıxış yolunu 30 mart seçkilərində MHP deyərək, bu kimi xəbərləri yayanlara gərəkli cavabını verəcək. Çünki, bu gün Türkiyə son dərəcə uğursuz siyasət nəticəsində: radikal dinci terror təşkilatlarının cihad həyata keçirəcək hədəfinə gəlib. Əsasən qərb və şərq bölgələrimizdə separatçılıq hərəkatı güclənib. Xüsusilə çox ağır iqtisadi böhrana doğru irəliyən bir ölkə halına gəlib".

Elnur Eltürk