Ukrayna: unudulmuş konflikt Dünya

Ukrayna: unudulmuş konflikt

İŞİD məsələsi bu mövzunu arxa plana keçirib

Cavid

Çində başlayan iqtisadi dəyişikliklər nəticəsində, bazarlardakı dəyişikliklər dünyanın iqtisadi və siyasi mühitindəki digər məsələləri qisa müddətli də olsa arxa plana keçirib. Eyni zamanda, İraq və Suriyada fəaliyyətini davam etdirən İŞİD-i zəiflətmək və məhv etmək cəhdləri də davam edir. Lakin bu istiqamətdə dəqiq məqsədlər və ciddi uğurlar yoxdur. İŞİD tərəfindən Palmirdəki qədim abidələrin dağıdılması və Suriyalı tanınmış arexoloqun öldürülməsi dəhşətli hal kimi qeyd olunsa da, Qərb dövlətləri tərəfindən buna heç bir reaksiya verilmədi. "Theglobeandmail" xəbər verir ki, lakin bu ərəfədə ən unudulmuş mövzü Rusiya və Ukrayna arasındakı konfliktdir. Moskva tərəfindən təzyiqlər davam edir, eləcə də Minsk razılşamasının şərtləri kobudcasına pozulur. Rusiya prezidenti Vladimir Putinin, Rusiya silahlı qüvvələrinin Ukraynanın qərbində heç bir müharibədə iştrak etməməsini israrla iddia etməsinə baxamayaq, rəsmi olaraq məlum olub ki, bu münaqişə zamanı 2 min Rusiya vətandaşı öldürülüb, 3 mini isə ciddi xəsarət alıb. Bu yaxınlarda 2 təklif irəli sürülüb. Dünya Bankının keçmiş prezidenti Robert Zellik və ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Stiven Xedli bildiriblər ki, Ukraynanın borcu azaldılamlıdır və bu ölkəyə maddi yardım olunmalıdır. İsveçin keçmiş baş naziri və xarici işlər naziri Karl Bild isə münaqişənin sülh yolu ilə həllini təklif edib. Hər iki vəziyyət Ukraynanı düşdüyü çətin vəziyyətdən xilas etməyə hesablanıb. Lakin, Ukraynanın azadlığını aktiv dəstəkləmək üçün Qərbin siyasi iradəsi və bacarıqlı lideri yoxdur. "Wall Street Journal" nəşrində çap etdirdikləri məqalələrində Zellik və Xedli qeyd edirlər ki, Rusiyanın Ukraynaya soxulması, ölkənin iqtisadi potensialının 20 faizini məhv edib və bir milyondan çox insanı evsiz qoyub. Milli Valyuta Fondunun hesablamalarına görə 2014-cü ildə 7% ixtisara düşən Ukrayna iqtisadiyyatı, 2015-ci ildə 15 % ixtisara düşəcək. İnfilasiyanın səviyyəsi artıq 50%-ə çatır və heç bir ehtimal yoxdur ki, bu artan sürət azalacaq. Enerji ehtiyyatlarının qiyməti 4 dəfə bahalaşıb. Belə bir vəziyyət istənilən demokratik hökümətin siyasi legitimliyini və mandatını təhlükə altına sala bilər. Vəziyyət get gedə daha da təhlükəli olmağa doğru gedir. Ukrayna parlamenti, öz mövqeyini qorumaq məqsədi ilə siyasi, iqtisadi və məhkəmə sahələrində bir sıra genişmiqyaslı islahatlar aparıb. Dəyişikliklər nəticəsindı təqaüdün həcmi azalıb, vergilər isə artıb. Lakin boşalmaqda olan büdcədi doldurmaq məqsədi ilə Ukrayna, var olan bir sıra çərçivələri aşmaq gücündə deyl. Zellik və Xedlinin iddia edirlər ki, "Əgər Qərb ölkələri Ukraynaya kömək etməsələr və kreditorlar təzyiqlərini davam etdirəslər onda Ukrayna məcburiyyət qarşısında Postsovet avtoritar idarəetmə dövrünə və Cinayətkarlıq kapitalizminə geri dönəcək. Ukraynadakı siyasi vəziyyət pis olduğu müddətdə, istənilən islahatı başa çatdırmaq çətin olacaq. Avropa maddi kömək baxımından Yunanıstana daha çox vaxt ayırır, o zamanda ki, Ukrayna həm siyasi həm də iqtisadi baxımdan israrla dəryada qərq olmağa doğru gedir. Ukraynanın süqutu Avropaya stabillik və təhlükəsizlik baxımından ciddi təhlükələr yarada bilər. Karl Bild bildirib ki, əgər Rusiya həqiqətən də münaqişənin həll olunmasına cəhd edirsə, onda rəsmi Moskva ərazidə sülhməramlıların yerləşdirilməsinə razılıq verməlidir. Bununla bağlı o 20 il əvvəl Qərbi Slavoniyada baş vermiş hadisələri misal gətirib. Həmin vaxt BMT sülhməramlılarının əraziyə yerləşdirilməsi müsbət nəticələr vermişdi. Qərbin yumşaqlığını müşahidə edən Rusiya, 1995-ci ildə Serbiya prezidenti Slobodan Miloşeviç kimi anoloji beynəlxalq misiyanı öz üzərinə götümrək istəyir. Putin Qərbin boş iddialarından faydalanmaqdadır. Putin səbrlə yeni Ukrayna hakimiyyətinin süquta uğramasını gözləyir, hansı hadisə ki, Ukraynanı yenidən Rusiyanın himayəsinə salacaq. Bununla da Ukrayna genişmiqyaslı "Yeni Rusiya" lahiyəsinin tərkib hissəsinə çevriləcək. Lakin çətin ki, Putin sülhməramlı missiyanın ərazidə yerləşdirilməsinə mane ola bilsin. Bununla bağlı Rusiya müəyyən deklorasiya imzalayıb. Hansını ki, Xarici İşlər Naziri Sergey Lavrov tez tez ictimailəşdirir. Bu ərəfdə ya rəsmi Vaşinqton ya da Avropa Birliyi və yaxudda hər ikisi Ukraynaya iqtisadi yardım etməli və ölkənin borclarının azaldılamsı istiqamətində qətiyyətli addımlar atamalıdırlar. Eyni zamanda hər iki tərəf Ukraynanın qərbində əmin əmanlığı bərpa etmək üçün Minsk razılaşmasının şərtlərinə riayət etməyi təmin etməlidirlər. Kanada isə seçki ərəfəsində olmasına baxmayaraq sözü gedən yardımı etməyə hazırdır. Bu bizim dildə dediyimiz "Ukraynaya yardım" ifadəsinin əməldə təcəssümü olacaq, eyni zamanda Dünyada əmin amanlığın təmin olunmasında mühim addım hesab olunacaq. Biz Qərbdəki tərəfdaşlarımızla birləşərək, digərlərinə uzun müddətdir ki, öyrətdiyimiz amilləri həyata keçirməliyik.