“AKP qalib gələcək” Dünya

“AKP qalib gələcək”

"Türkiyədə noyabrın 1-də baş tutacaq parlament seçkilərində heç şübhəsiz Ədalət və İnkişaf Partiyası (AK Parti) qalib gələcək". Bunu politoloq Rüstəm Məmmədov söyləyib.
Politoloq bildirib ki, Türkiyənin əhalisi Rəcəp Tayyib Ərdoğana inanır və çalışacaqlar ki, onun partiyası uğur qazansın: "Türk xalqı siyasi partiyaların oyun oynamağa başladığını gördü. Onlar hökumətin yaranmağına imkan vermədilər. Bu da türk xalqını çox qəzəbləndirdi. Türkiyə R.T.Ərdoğana inanır və onun partiyasına daha çox səs verəcək. Onu da deyim ki, Türkiyə PKK ilə mübarizənin yolunu doğru tapıb. Belə ki, Türkiyə PKK-nı kökündən məhv etmək lazım olduğunu yaxşı bilir. Bunun üçün onlar bütün lazımı addımlar atır".