Gülən hərəkatı Ərdoğanı zəhərləmək istəyib Dünya

Gülən hərəkatı Ərdoğanı zəhərləmək istəyib

Türkiyədə fəaliyyəti qadağan edilən Fəthullah Gülən hərəkatı prezident Rəcəb Tayyib Ərdoğanı zəhərləməyi planlaşdırıbmış.
"Qafqazinfo"nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.
Onun sözlərinə görə, hərəkatın bəzi üzvləri Türkiyənin dövlət strukturlarında işə düzələ biliblər: "Xüsusi xidmət orqanlarının sayıqlığı sayəsində hərəkatın üzvləri planlarını reallaşdıra bilməyiblər".
Bununla belə, nazir Prezidentin həyatına sui-qəsd planlarının təfərrüatını açıqlamayıb.