Suriya münaqişəsi: Rusiya təyyarəsi vurulandan döyüş kəskinləşib Dünya

Suriya münaqişəsi: Rusiya təyyarəsi vurulandan döyüş kəskinləşib

Hələb şəhərində tərəflər arasında qızğın döyüş davam edir

Cavid

Həftə sonundan başlayaraq üsyançılar qərb hissədə olan əraziləri yenidən nəzarətə götürmək üçün mübarizə aparır. Hökumətə məxsus hərbi qüvvələr Rusiya hərbi təyyarələrinin köməyi ilə üsyançıları dayandırmağa çalışırdı. Hökumət qüvvələrinin üsyançılardan aldığı ərazidə 250 minə yaxın insan blokada vəziyyətində yaşayır. "Biz indi Ramousah ərazisini nəzərdən keçiririk, amma Rusiya qırıcıları intensiv bombalayır və bu da bizim cəld hərəkət etməmizə mane olur",- üsyançıların komandiri Reuters xəbər agentliyinə deyib.
Digər bir üsyançı isə deyib ki, təqribən 10 minə yaxın döyüşçü, azı 95 tank və bir neçə yüz ədəd raket qurğusu, onun təsvir etdiyi "böyük Hələb döyüşü" üçün səfərbər olub. Mənbə deyib ki, hərbi postlarda partlayışlar törətmək üçün intihar bombaçılar da hazırlanıb. Müşahidəçilərin rəhbəri, Rami Abdel Rahman deyib ki, bazar günündən başlayan əməliyyatda bu günə qədər 50 üsyançı və cihadçı, həmçinin çox sayda hökumət əsgəri öldürülüb.
Verilən məlumatda bildirilir ki, Hələb yaxınlığında yerləşən Saraqeb şəhərində xlor qazının buraxıldığı ehtimal olunur. Əksəriyyəti qadın və uşaq olmaqla 30-a yaxın insan qazdan əziyyət çəkib. Xlor qazı insanları tənginəfəs edir və ağzından qan köpüyü gəlməsinə səbəb olur. Buna görə kimin məsuliyyət daşıdığı məlum deyil. Hələb şəhəri Suriyanın zəngin arxitekturaya və arxeoloji tikiliyə malik olan iqtisadi mərkəzlərindən biri idi. 5 ildən çox davam edən müharibədə həmin tarixin əksər hissəsi dağıdılıb və ya talan edilib.