Ermənistan Gömrük İttifaqına üzvlük sazişi imzalayacaq Dünya

Ermənistan Gömrük İttifaqına üzvlük sazişi imzalayacaq

Aprelin 29-da Minskdə Avrasiya İqtisadi Şurasının toplantısı keçiriləcək. Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Rusiya, Qazaxıstan və Belarus prezidentləri iştirak edəcək.
İclasda həmçinin Ermənistan və Qırğızıstan prezidentlərinin iştirakı gözlənilir.
Ermənistan KİV-inin yaydığı məlumata görə, toplantı zamanı Ermənistanın Gömrük İttifaqına üzvlüyü haqda saziş imzalanacaq. Sənədi Rusiya, Qazaxıstan, Belarus və Ermənistan prezidentləri imzalayacaqlar.