Erməni deputat: “Sarkisyan əsas terrorçudur” Dünya

Erməni deputat: “Sarkisyan əsas terrorçudur”

Ermənistanda qiyamın ikinci mərhələsini həyata keçirməyin vaxtıdır.
Bunu İrs Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Zaruhi Postanjyan deyib. O qeyd edib ki, qiyam dinc şəkildə keçirilməlidir: "Biz heç kimin qanının axıdılmasını istəmirik, hətta bu Serj Sarkisyan olsa belə". Postanjyan Sarkisyanı 20 min terrorçu polis bandası olan əsas terrorçu adlandırıb.
O qeyd edib ki, həmin polis zabitlərini xilas etmək lazımdır: "Onları müqavilə əsasında işləyən zabit kimi cəbhəyə göndərmək üçün hər şeyi etməliyik".