Türkiyənin dəstəklədiyi ASO-nun cihadçılarla əlaqəsi narahatlıq doğurur Dünya

Türkiyənin dəstəklədiyi ASO-nun cihadçılarla əlaqəsi narahatlıq doğurur

Təhlilçilər ehtimal edir ki, Ankara Azad Suriya Ordusuna nəzarət etməkdə çətinlik çəkəcək

Cavid

Türkiyədə türk əsgərləri ilə çiyin-çiyinə savaşan Azad Suriya Ordusunun (ASO) tərkibi haqda deyilənlər suallar doğurur. Müxalif millət vəkilləri qüvvələrin cihadçılardan təşkil edildiyini və onların regiona ciddi təhlükəsi olduğunu irəli sürür. Bu yaxınlarda üzə çıxan və Azad Suriya Ordusunun ələ keçirdiyi şəhərdən ABŞ qüvvələrini çıxardığını göstərən videoda "Amerikaya ölüm" və "ABŞ imperializminə yox" kimi şüarlar səsləndirilir.
ABŞ qüvvələri Türkiyənin dəstəklədiyi İŞİD əleyhinə missiyaya daxildir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BMT-nin Baş Assambleyasının illik toplantısına yola düşməzdən əvvəl bunu rəqib qüvvələrin Vaşinqtonun Suriya siyasətinə olan qəzəbi kimi izah edib. Müxalifət partiyaları isə bunu Ankaranın dəstəklədiyi döyüşçülərin cihadçılar olduğuna sübut kimi qiymətləndirib. Ankara ittihamları rədd edərək, dəstəklədiyi döyüşçülərin mötədil müxalifətə məxsus olduğunu bildirir.
Türkiyənin Cümhuriyet qəzetinin köşə yazarı Kadri Gürsel narahatlıların bu qrupların ABŞ-ın başçılıq etdiyi koalisiya ilə birgə İŞİD əleyhinə döyüşürsə belə əsaslı olduğunu deyir. "8-10 qruplaşma var ki, onlar yaxşı silahlanmış, təchizatlı, Qətər və Səudiyyə Ərəbistanın maliyyəsi ilə təlimlədirilmiş qruplardır. Onlara Türkiyə və ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi də yardım edir. Onları mötədil müxalifət adlandırmaq olmaz. Onlar cihadçıdırlar. Biz İŞİD döyüşçülərinin bir anda mötədil müxalifətə keçdiyinin şahidi olmuşuq,"- deyə yazar bildirir.
Ankara isə bu mübahisələrə münasibət bildirmir. Tənqidçilər rəqib qüvvələrin bir qrupdan digərinə keçməsini olduqca mürəkkəb bir məsələ kimi qiymətləndirir.
ASO hazırda Cerablus şəhəri ətrafında böyük bir əraziyə nəzarət edir. Əl-Monitor veb səhifəsinin təhlilçisi Semih İdizi onların əsas sınaqdan necə keçəcəyi düşündürür. "Onlar Cerablus şəhərinə nəzarət edir, Türkiyə isə deyir ki,bu ərazilərdə vəziyyətə Türkiyə deyil, xalq və ordu nəzarət etməlidir. Sual onların davranışı və azadlıq məhdudiyyətləri, Qərb və Rusiyanın Türkiyənin müttəfiqlərinə münasibətindədir".
Təhlilçilərin fikrincə, Moskva və Tehranın Türkiyənin Suriyaya hərbi müdaxiləsinə dinməz dəstək verməsi tənqidləri yumşaldıb. Lakin Türkiyənin dəstəklədiyi rəqib qüvvələrin hərbi əməliyyatlarını genişləndirməsi üçün Suriyanın 5 min kvadrat kilometrlik ərazinə nəzarət ediləcəyinə dair Ərdoğanın bəyanatı bu münasibəti dəyişə bilər. Bu genişlənmə Türkiyə qüvvələri və ASO-nun bəzi elementlərini Suriya rejimi və İranın dəstəklədiyi qüvvələrlə təmas xəttinə yaxınlaşdıra bilər.
Türkiyənin sabiq diplomatı Aydın Seşçen hesab edir ki, Türkiyənin hərbi rolunu dərinləşdirməsi Ankaraya böyük problemlər yarada bilər. "Ən pis halda Suriya daxilindəki hərbi əməliyyatlar nəzarətdən çıxacaq. Belə ki, Manbic kimi kiçik bir ərazi özünə münaqişənin bütün tərəflərini cəlb edə bilər,"- deyə Selcen bildirib. Təhlilçilər ehtimal edir ki, Ankara Azad Suriya Ordusuna nəzarət etməkdə çətinlik çəkəcək.