Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
ABŞ Airbus və Boeingə İranla ticarət icazəsi verib

ABŞ Airbus və Boeingə İranla ticarət icazəsi verib Dünya

ABŞ Airbus və Boeingə İranla ticarət icazəsi verib

"The Financial Times" qəzeti yazır ki, Airbus və Boeing təyyarəqayırma şirkətləri İranla çoxmilyardlıq kontraktların imzalanması üçün ABŞ hökumətinin icazəsini alıblar. Məqalədə deyilir ki, bu, ötən yanvarda beynəlxalq sanskiyaların qaldırılmasından sonra İranın beynəlxalq bazara rəsmən qayıtması deməkdir.
ABŞ Airbus şirkətinin İrana 17 dəst adi və iri salonlu təyyarələri satmasına yaşıl işıq yandırıb. Boeing isə Tehrana 80 sərnişin təyyarəsi satmağa hazırlaşır. Buna baxmayaraq bank sanksiyaları ilə bağlı qaydaların pozulmaması naminə Airbus şirkətinin İranla sövdələşməsi avro ilə aparılacaq. Airbus və Tehran arasında sanksiyaların qaldırılmasından dərhal sonra əldə olunmuş razılaşmaya əsasən İrana toplam dəyəri 25 milyard dollar olan 118 dəst təyyarə satılacaq.
"The Financial Times" yazır ki, bu barədə ilkin razılaşma Parisdə Fransa və İran prezidentləri François Hollande və Həsən Ruhani arasında imzalanmışdı.
Bunun ardınca Airbus İranın təyyarələrə olan kəskin ehtiyacını çevik qarşılamaq məqsədilə iki lisenziya üçün müraciət etmişdi. Bu lisenziyalara əsasən İran 17 ədəd adi salonlu A320 və geniş salonlu A330 təyyarələrini əldə edəcək. Airbus bildirib ki, daha 12 ədəd A380 superlaynerlərinin satışı üçün lisenziya qarşıdan gələn həftələrdə alınacaq. Qəzet xəbər verir ki, Airbusun amerikalı rəqibi Boeing lisenziyanı Fransa şirkətindən bir neçə saat sonra alıb. Bu lisenziyaya əsasən İrana ümumi dəyəri 17, 6 milyard dollar olan 80 təyyarə satılacaq.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, lisenziyaların pozulmaz şərtinə görə bu təyyarələrdən yalnız mülki aviasiyada istifadə edilə bilər. Bundan başqa təyyarələr, üzərində qadağan olan şirkət və fərdlərə satıla bilməz. Məsələn, İranın Mahan Air şirkəti "terrorizmə sponsorluq" iddiası ilə hələ də qadağan siyahısındadır. Tehran bildirib ki, ölkənin köhnələn aviaparkını təzələmək üçün 500 yeni təyyarəyə ehtiyacı var.
İranın nəqliyyat naziri Abbas Axundi deyib ki, ölkənin 250 təyyarəsindən yalnız 12-nin yaşı 15 ildən azdır. "Financial Times" yazır ki, İran hətta şah vaxtından qalan bəzi təyyarələrdən istifadə edir. Təyyarələrin köhnəliyinə görə baş verən qəzalarda 1979-cu il inqilabından bəri 1200 nəfər həlak olub. Məqalədə deyilir ki, İranla müqavilələr 6 illik gəlhagəldən sonra alversizlikdən əziyyət çəkən Airbus və Boeing şirkətlərinin dirçəlişinə təkan verəcək. "The Financial Times" yazır ki, təyyarələrin alınması habelə İranın mərkəzçi prezidenti Həsən Ruhaniyə mühafizəkarlarla rəqabətdə siyasi xal qazandıracaq. Ruhani isbat edəcək ki, Qərblə imzalanmış nüvə sazişi bəhrələrini verməyə başlayıb.