Rusiya internet-yazışmaların izlənməsinə başlayır Dünya

Rusiya internet-yazışmaların izlənməsinə başlayır

Rusiya xüsusi xidmətləri onlayn-messencer istifadəçilərinin yazışmasını izləmək üçün çalışmalara başlayıblar.
Bu, yeni qəbul edilən antiterror qanunları çərçivəsində həyata keçirilir. "Yarova paketi" adlanan qanun vətəndaşların internet-trafikini izləməyə və deşifrə etməyə icazə verir.
Hazırda WhatsApp, Viber, Facebook Messenger, Telegram, Skype platformalarını izləmək üçün texniki hazırlıq işləri görülür. İzləmənin identifikator-sözlərə əsasən aparılacağı bildirilir. Yəni əvvəlcədən müəyyən edilmiş hansısa söz deyilən kimi danışığın izlənməsi başlanacaq.
Qeyd edək ki, qanun qəbul olunanda bəzi ekspertlər "end-to-end" tipli şifrəməyə malik yazışmaların deşifrə edilə bilməyəcəyini deyirdilər. Amma izlənmənin texniki əsaslarını təmin edəcək "Digital Security" şirkəti bu məsələnin də həll olunacağına işarə vurub.