Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Rusiya hərbiyyəsi Suriyada azı 75 il qalmaq fikrindədir

Rusiya hərbiyyəsi Suriyada azı 75 il qalmaq fikrindədir Dünya

Rusiya hərbiyyəsi Suriyada azı 75 il qalmaq fikrindədir

"The İndependent" yazır ki, Rusiya Suriyadakı hərbi qüdrətini əhəmiyyətli dərəcədə artıracaq saziş imzalayıb.
Halbuki Moskva bundan əvvəl verdiyi bəyanatda bildirmişdi ki, Suriyadakı Rusiya hərbçilərinin və texnikasının sayı azaldılacaq.
Hazırda Rusiyanın Suriya hökumətinin nəzarətində olan ərazisində iki ordu bazası var.
"The İndependent" yazır ki, Moskva və Dəməşq arasında ötən cümə günü imzalanmış yeni sazişə əsasən, Tartus limanında Rusiya gəmiləri üçün ayrılan ərazi iki dəfə genişləndiriləcək və beləliklə, gəmi dayanacağı körpülərinin sayı 11-ə çatdırılacaq.
Rusiya hərbi-hava qüvvələrinin yerləşdiyi hərbi bazada isə ikinci uçuş-eniş xəttinin tikintisi planlaşdırılır.
Rusiyanın rəsmi TASS xəbər agentliyi bildirir ki, sözü gedən torpaq ərazilərinin icarə müddəti 49 il olaraq nəzərdə tutulub və bu müddətdən sonra icarə daha 25 il uzadıla bilər.
Maraqlıdır ki, bundan əvvəl Rusiya prezidenti Validmir Putin 30 dekabr atəşkəs sazişinə uyğun olaraq Suriyadakı Rusiya qüvvələrinin azaldılmasına razılaşmışdı. Ötən ay bildirilimişdi ki, təyyarədaşıyan Kuznetsov gəmisi və bir neçə başqa döyüş gəmiləri Murmanskdakı daimi bazalarına qaytarılır.
Beləliklə, prezident Əsəd gücləndikcə Suriyadakı Rusiya hərbi mövcudiyyətinin azalacağı barədə proqnozlar özünü doğrultmur.
"The İndependent" yazır ki, bu xəbərlər Astanada Rusiyanın təşəbbüsü ilə keçirilən sülh danışıqları ilə eyni vaxta təsadüf edir.
Məqalədə deyilir ki, ABŞ bu danışıqlara rəsmi nümayəndə heyəti göndərməyəcəyini bildirib.
Qəzet yazır ki, Trampın Suriya siyasəti hələlik naməlum qalır. Bundan əvvəl ABŞ Suriyada Əsədi devirməyə çalışan müxalifəti dəstəkləyirdi.
Seçki kampaniyası zamanı Tramp "Əsədi heç sevmədiyini, lakin onun rejiminin dəstəklənməsinin ekstremist qrupların qarşısının alınmasında ən yaxşı yol ola biləcəyini" söyləmişdi.
Bu arada Rusiyanın yalanı üzə çıxarılıb.
Pentaqon Rusiyanın Suriyadakı hərbi-hava qüvvələrinin İslam Dövləti adlanan təşkilatın mövqelərinə aviasiya zərbələri üçün koordinatlar verdiyi barədə Rusiya dövlət mediasında yayılmış xəbərləri təkzib edib.
Yanvarın 23-də Rusiya hökumətinə bağlı media qurumlarının bir neçəsi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirmişdi ki, guya Vaşinqton Suriyadakı Hmeimim bazasında yerləşən Rusiya qüvvələrinə Hələb rayonundakı Əl-Bab şəhəri yaxınlığına zərbələrin endirilməsi üçün "birbaşa xətlə" koordinatlar verib.
Hökumətin nəzarətində olan RIA Novosti xəbər verirdi ki, "kəşfiyyat uçuşu keçirdikdən sonra Rusiyanın iki təyyarəsi və beynəlxalq koalisiyanın iki təyyarəsi terrorçu hədəflərə zərbə endiriblər".
AzadlıqRadiosu bildirir ki, Rusiya Müdafiə Nazirliyi bu xəbəri nə özünün internet saytında, nə də Facebook səhifəsində dərc etməyib, amma məlumat RT və TASS tərəfindən oxşar mətnlərlə verilib.
Lakin Pentaqon bu xəbəri dərhal təkzib edib.
"Müdafiə Nazirliyi hava zərbələrini Suriyadakı Rusiya hərbçiləri ilə koordinasiya etmir" - deyib Pentaqonun sözçüsü Eric Pahon AzadlıqRadiosuna göndərdiyi email-də.
Sözçü əlavə edib ki, hazırda Pentaqonun Rusiya ilə kommunikasiyası yalnız təyyarə ekipajlarının təhlükəsizliyinə xidmət edir.
Pentaqonun başqa bir sözçüsü Adrian Galloway AzadlıqRadiosuna bildirib ki, "ABŞ Rusiya hərbçilərinə heç bir hədəf nişanları vermir və birgə Rusiya-koalisiya hava zərbələri endirilmir".
Rusiya və ABŞ 6 ildir ki, davam edən Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.
Hər iki dövlətin təyyarələri İD mövqelərinə zərbələr endirsə də, Vaşinqton Moskvanı dəfələrlə prezident Əsədi dəstəkləməkdə ittiham edib.
Bu ziddiyyətli xəbərdən iki gün əvvəl Donald Tramp ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Tramp özünün seçki kampaniyası ərzində dəfələrlə bildirmişdi ki, ölkəsinin Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışacaq.
Trampın andiçmə mərasimindən dərhal sonra Ağ Ev bəyan edib ki, Suriyada "radikal islamçı qruplara" hava zərbələrinin endirilməsi davam etdiriləcək.
Rusiya mediasının sözü gedən xəbəri barədə suala cavab verərkən Ağ Evin sözçsü Sean Spicer sualı Pentaqona ünvanlamağı məsləhət görüb.
"Düşünürıəm ki, prezident İD-i məğlub etmək işində istənilən ölkə ilə əməkdaşlığa hazır olduğunu aydın şəkildə bildirib" – deyib Spicer.
Öz növbəsində Kreml Tramp və Vladimir Putin arasında yaxşı münasibətlərin bərqərar olacağına ümid edir.