Hollandın çıxışı zamanı snayper iki nəfəri təsadüfən yaralayıb Dünya

Hollandın çıxışı zamanı snayper iki nəfəri təsadüfən yaralayıb

Fransa polisinin snayperi fevralın 28-də prezident Hollandın çıxışı zamanı təsadüfən atəş açaraq iki nəfəri yaralayıb. Hadisə Fransanın Villonyan şəhərində Hollandın burada sürət dəmir yolunun açılışı zamanı etdiyi çıxışın əsnasında baş verib. Prezidentin çıxış etdiyi yerdən 100 metr aralıdakı evin damında olan snayper mövqeyini dəyişərkən onun silahı təsadüfən atəş açıb.
Regionda polisin ən vəzifəli nümayəndəsi Pierre Gahane deyib ki, güllə iki nəfəri ayağından yaralayıb, lakin oların aldığı xəsarət həyatları üçün təhlükəli deyil. AFP xəbər verir ki, eyni güllə iki adamı ayağından yaralayıb. Hollandın çıxışını göstərən videoda güllə səsi aydın eşidilir. "Ümid edirəm ki, ciddi bir şey yoxdur" – deyib soyuqqanlıqla prezident.