AB Ukraynaya 600 milyon avro ayırdı Dünya

AB Ukraynaya 600 milyon avro ayırdı

Avropa Komissiyası Ukraynanın iqtisadiyyatını dirçəltməkdən ötrü 600 milyon avroluq yardım ayırıb. Əslində yardım çoxdan verilməli idi, ancaq kredit şərtləri üzündən yubanırdı. Əsas şərtlər iqtisadiyyatın yenilənməsi, korrupsiyayla mübarizə idi.
Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib ki, ölkə münaqişədən əziyyət çəksə də, Kiyev iqtisadiyyatı stabilləşdirməkdən ötrü yetərincə iş görür.
Beləliklə, 2014-cü ildən bu yana AB Ukraynaya 2.8 milyard avroluq yardım edib. Bu yardıma ölkənin indi xüsusi ehtiyacı var. Krımın Rusiyaya ilhaqı, separatçıların nəzarətində olan şərq regionlarıyla əlaqənin kəsilməsi Ukrayna iqtisadiyyatına zərbə vurub. Elə separatçılarla müharibəyə görə AB Ukrayna qarşısında tələblərini bir qədər yumşaldıb.