Britaniyada “terror təhdidi“ Dünya

Britaniyada “terror təhdidi“

Mançester Arenada azı 22 nəfərin öldüyü hücumdan sonra Britaniya hökuməti yeni bir hücum riski səbəbiylə təhdid səviyyəsini ən yüksək səviyyəyə çıxarıb. Baş nazir Teresa May, təhlükəsizlik tədbirləri çərçivəsində Böyük Britaniyada bəzi bölgələrə əsgər yerləşdiriləcəyini deyib. May, əsgərlərin əhəmiyyətli nöqtələrdə, konsertlər, idman tədbirləri kimi hücumlara hədəf olan təşkilatlarda təhlükəsizliyi təmin edəcəyini bildirib.
May, ölkədə terror təhdidinin ən yüksək səviyyə olan "kritik" səviyyəsinə yüksəldildiyini və bunun yeni hücumların olmasının mümkün olması mənasına gəldiyini deyib. Baş Nazir ötən gün sədrlik etdiyi Kobra təhlükəsizlik komitəsi iclasından sonra verdiyi bəyanatda 23 may hücumunu bu günə qədər İngiltərənin şimalını hədəf alan "ən pis hücum" olduğunu ifadə edib. Polis, hücuma görə şübhəlinin 22 yaşlı Salman Abedi olduğunu açıqlayıb.
BBC-nin əldə etdiyi məlumatlara əsasən, şübhəli Liviya əsilli bir ailədə Mançesterdə doğulub. Hadisə ilə bağlı daha bir 23 yaşlı kişi saxlanılıb. Mayın 22-də Bakı vaxtilə saat 01:30-da baş vermiş hadisədə 59 nəfər də yaralanıb. Əl istehsalı olan cihazın qızması nəticəsində baş verən partlayış ABŞ-dan olan pop müğənnisi Ariana Grande-nin konsertinin sonunda konsert zalının foyesində baş verib. Hadisəyə görə məsuliyyəti özünü İslam Dövləti (İD) adlandıran qrup götürüb.