Rusiya generalın qisasını aldı Dünya

Rusiya generalın qisasını aldı

Suriyada rus hərbi polisinə təşkil olunan hücumlara rəhbərlik etdiyi bildirilən 5 nüfuzlu səhra komandiri Rusiya ordusunun hazırladığı xüsusi əməliyyat nəticəsində məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov danışıb. "18 sentyabrda terrorçuların Xama əyalətində rus hərbi polisinə hücumundan sonra Rusiya ordusunun Suriyada yerləşən yüksək səviyyəli kəşfiyyat sistemləri vasitəsi ilə hücum edən qrupun və komandirlərinin tapılaraq məhv edilməsi istiqamətində işlərə başlanıldı. Axtarışlar nəticəsində İdlibdə Nüsrə Cəbhəsi komandanlığının nüfuzlu komandirlərinin iştirakı ilə keçiriləcək iclasın yeri və zamanı müəyyən olundu. Hücum nəticəsində 5 nüfuzlu səhra komandiri – Sulman əs-Səudi (İdlib vilayətinin cənub sektorunun rəhbəri), Abbas Anadin (maliyyə məsələləri üzrə əmir), Əbu Həsən (hərb nazirinin müşaviri), Valid əl-Mustafa (dini liderin köməkçisi), Əbu Mucahid (şəriət hakimi) öldürülüb", - Konaşenkov bildirib.
Hücum nəticəsində həmçinin daha 32 terrorçu məhv edilib. Qeyd edək ki, sentyabrın 18-də Rusiya hərbi polis əməkdaşları terrorçular tərəfindən mühasirəyə alınmış, general Valeri Asapov və daha iki polkovnik qətlə yetirilmişdi.