ABŞ-ın Türkiyədə neçə atom bombası var? Dünya

ABŞ-ın Türkiyədə neçə atom bombası var?

TBMM nüvə silahları üzrə hesabatını açıqladı

Türkiyə Böyük Millət Məclisi duya üzrə nüvə silahlarının yerləşdirilməsini araşdırıb. TBMM ABŞ-ın Türkiyə daxil 5 NATO ölkəsində 150 nüvə silahının olduğunu bildirib. TBMM Araşdırma Xidmətləri Komitəsinin "Nüvə silahları ilə bağlı məlumatlar" başlıqlı hesabatında 14 ölkədə 107 obyektdə 15 minə yaxın nüvə silahının olduğu təxmin edilir. Bu silahların 9400-ə yaxını istifadə üçün hərbi arsenallarda saxlansalar da, digərləri isə məhv edilmək üçün öz növbələrini gözləyirlər. Dünya nüvə ehtiyatının böyük hissəsi (93%) Rusiya və ABŞ-ın əlindədir. Əlavə olaraq 7 ölkənin əlində nüvə silahı var: İngiltərə, Fransa, Çin, İsrail, Hindistan, Pakistan, Şimali Koreya.
Hesabatda Türkiyədə də nüvə silahlarının yerləşdirilməsi məlumatı yer alıb. Nüvə silahına sahib olmayan beş NATO ölkəsində (Belçika, Almaniya, İtaliya, Hollandiya, Türkiyə) 6 hava bazasında 150 ədədə yaxın ABŞ nüvə başlığı mövcuddur. Hesabatda nüvə silahına malik doqquz ölkədən beşinin (ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə) "Nüvə silahlarının sadağan olunması müqaviləsi" çərçivəsində "nüvə silahına malik ölkə" statusunda olduğu, Hindistan, Pakistan və İsrailin isə bu müqaviləyə heç vaxt qoşulmadan nüvə silahına sahib olduğu qeyd olunub.
Şimali Koreyanın isə 2003-cü ildə "Nüvə silahlarının qadağan olunması müqaviləsi"ndən çıxaraq nüvə silahı hazırlamağa davam etdiyi bildirilir. Hesabata görə, Rusiyanın 7000, ABŞ-ın 6800, Fransanın 300, Çinin 260, İngiltərənin 215, Pakistanın 130, Hindistanın 120, İsrailin 80, Şimali Koreyanın 10 nüvə başlığı var. Türkiyəyə isə nüvə silahları NATO nüvə silahı paylanması proqramı çərçivəsində "soyuq müharibə" dövründə yerləşdirilib. 1960-cı illərin əvvəlində yerləşdirilən silahların bir hissəsi hələ də Türkiyədədir. Bu silahlardan B61 tipli bombalar Adanadakı İncirlik aviabazasında mövcuddur. Amerika Elm Adamları Federasiyasının məlumatına görə, Türkiyədəki B61 nüvə bombasının 50 ədəd odluğu təxmin edilir.