Rusiya Qırğızıstanı Avrasiya Birliyinə həvəsləndirir Dünya

Rusiya Qırğızıstanı Avrasiya Birliyinə həvəsləndirir

CAVİD

Rusiya Qırğızıstanın Gömrük İttifaqına daxil olmasına yardım üçün bu ölkəyə 1 milyard 200 milyon ABŞ dolları ayıracaq. Bu barədə Qırğızıstanın iqtisadiyyat naziri Temir Sariyev açıqlama verib.
Temir Sariyev Gömrük İttifaqına daxil olmaq üçün nizamnamə kapitalı 500 milyon dollar təşkil edən xüsusi inkişaf fondunun yaradıldığını bildirib: "Bu vəsaiti Rusiya tərəfi verəcək. Bundan başqa Rusiya Qırğızıstana 500 milyon dollar güzəştli kredit, Gömrük İttifaqına qoşulmaq üçün yol xəritəsinin həyata keçirilməsinə isə 200 milyon dollar ayıracaq".
Nazir razılığın Ali Avrasiya İqtisadi Şurasının mayın 29-da Astanada keçirilən sammitində əldə olunduğunu deyib.