Rusiyaya nifrət pik həddə qalxdı, İvanişvili isə... - Sorğu Dünya

Rusiyaya nifrət pik həddə qalxdı, İvanişvili isə... - Sorğu

Gürcülərin 66%-i Gürcüstanın doğru istiqamətdə inkişaf etmədiyini düşünür.
Bu nəticə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Ölkənin doğru yolda inkişaf etdiyini düşünənlər əhalinin 23%-ni təşkil edib.
Respondentlərin cəmi 33%-i baş nazirin fəaliyyətindən razı olduğunu bildirib. Sorğu iştirakçılarının 35%-i hökumətin fəaliyyəti boyunca heç bir uğur əldə etmədiyini deyib.
Hökumətin fəaliyyətini neqativ dəyərləndirənlər respondentlərin 59%-ni, müsbət dəyərləndirənlər isə 35%-ni təşkil edib. Bu, Şevardnadze dönəmindən sonra hökumətin fəaliyyətinə verilən ən pis dəyər olub.
Gürcüstan üçün əsas iqtisadi təhdid yaradan ölkə kimi isə gürcülər Rusiyanı gördüklərini bəyan ediblər. 79% isə Rusiyanı Tiflis üçün siyasi təhdid adlandırıb.