Sensasiya: Ölkə hərbi sazişi təsdiq etdi – Türkiyə ordu göndərə bilər Dünya

Sensasiya: Ölkə hərbi sazişi təsdiq etdi – Türkiyə ordu göndərə bilər

Liviya Milli Sülh Hökuməti (UMH) Türkiyə ilə imzalanan təhlükəsizlik və hərbi əməkdaşlıq sazişini təsdiq edib.
Liviya hökumətindən verilən açıqlamada, sazişin Nazirlər Kabinetinin iclasında qəbul olunduğu açıqlanıb.
Saziş bundan əvvəl Türkiyə parlamentində təsdiq edilmişdi.
Anlaşma Türkiyənin Liviyaya hərbi qüvvə göndərəcəyi müzakirələrinə yol açmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Liviya hökumətindən tələb ediləcəyi halda, bu ölkəyə hərbi qüvvə göndərəcəklərini açıqlamışdı.
Rusiya Prezidenti Vladimir Putin türk həmkarına cavabında bu məsələni gələn ay Türkiyəyə səfərində müzakirə ediləcəyini deyib.
Ərəb mediası Liviya hökumətinin Türkiyədən hərbi dəstək istəməyə hazırlaşdığını iddia edib.
General Xəlifə Haftərin liderliyindəki Milli Ordu Fransa, Rusiya, İordaniya və BƏƏ tərəfindən dəstəkləndiyi halda, UMH İtaliya, Türkiyə və Qətər tərəfindən dəstəklənir.