3 Aprel 2020 10:25
1 561
Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 148-ə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə 5550 nəfər karantində saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 281-dir. Virusa yoluxmuş şəxslərdən 27-si artıq sağalıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA