“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
Bakı aeroportu Novruz bayramı günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
İsrail ordusu İranın daxili təhlükəsizlik qüvvələrini və ballistik raket qərargahlarını vurub
"Fitch": Neftin qiyməti 100 dollar səviyyəsində qalarsa, qlobal resessiya riski artacaq
İran XİN rəhbəri: Müctəba Xamenei sağ-salamatdır, vəziyyət nəzarəti altındadır
4 Aprel 2020 09:49
1 582
Çinin Uhan şəhərində giriş-çıxış qadağasının ləğvi təxirə salınıb.
Report xəbər verir ki, buna səbəb şəhərdə koronavirusdan 4 yeni ölüm faktının qeydə alınmasıdır.
Hazırda şəhərdə 1 727 nəfər müalicə alır.
Qeyd edək ki, son bir ayda Çin hökuməti ölkədə, xüsusilə də virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizli saxlayır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 990 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.